11.04.2012 [11:59] - Gənclik
"Çox təəssüflər olsun ki, Azərbaycanda özünü müxalifət kimi göstərməyə çalışan bir neçə partiyalar var ki, xaricdən qrant almağı hər şeydən üstün tutur."
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) «Eurovison-2012″ ilə əlaqədar partiyaları icazəsiz aksiyalar keçirməməyə çağırır. Partiya hesab edir ki, «Eurovision-2012″ mahnı müsabiqəsi başa çatanadək bütün siyasi qüvvələr razılaşdırılmamış aksiyalara moratorium qoymalıdırlar. BAXCP idarə heyəti hesab edir ki, «Eurovision-2012″ mahnı müsabiqəsinin yüksək səviyyədə təşkili və keçirilməsi Azərbaycan üçün bir sıra istiqamətlərdə yeni və geniş perspektivlər aça bilər. Partiya «Eurovision-2012″ müsabiqəsinin Bakıda keçirilməsinə böyük mədəni-tarixi hadisə kimi yanaşır və ölkənin bütün siyasi qüvvələrini bu hadisəyə məsuliyyətlə yanaşmağa çağırır. Məsələyə münasibət öyrənmək üçün Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatının sədri Seymur Həsənliyə müraciət etdik.
Seymur Həsənlinin fikrincə, qaldırılan məsələ ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir: «Vasitədən asılı olmayaraq dövlətimizin dünyada nüfuzunu qaldıracaq istənilən uğuru bölüşmək və ona fayda vermək hər bir vətəndaşın borcudur. Avroviziya mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi bizim milli maraqlarımız üçün də önəm daşıyır. Bildiyimiz kimi, həmin ərəfədə Azərbaycana minlərlə xarici qonaq gələcək. Həmin qonaqlar bir həftə müddətində həm musiqi yarışmasının iştirakçısı olacaq, həm də ölkəmizlə maraqlanacaqlar. Qonaqları müşahidə edəcək xüsusi bələdçilər Şəhidlər Xiyabanının ziyarət olunmasını ön planda tutmalıdırlar. Bundan başqa hər bir qonaq üçün Qarabağın işğalı, Azərbaycanın bölünməsini özündə əks etdirən xüsusu bukletlərlə təmin olunsa çox gözəl olar. Mümkün qədər ölkəmizin tarixini, mədəniyyətini özündə əks etdirən şəhər reklamlarına üstünlük verilməlidir. Mən bunları ona görə vurğuladım ki, vətəndən, millətdən danışıb Avroviziya mahnı müsabiqəsini kiçiltmək və proseslərə dar çərçivədən baxmaq lazım deyil. Bu ərəfədə bütün qüvvələr öz gücünü ölkəmizin milli maraqlarının təbliğinə yönəltməlidir.
Çox təəssüflər olsun ki, Azərbaycanda özünü müxalifət kimi göstərməyə çalışan bir neçə partiyalar var ki, xaricdən qrant almağı hər şeydən üstün tutur. Beyinlərini dünya ictimaiyyətində Azərbaycan haqqında mənfi fikirlərin yaranmasına kökləyiblər. Bir milyon məcburi köçkün, Azərbaycana qarşı beynəlxalq ədalətsizlik qalıb bir yanda, cinayət törətmiş 3-5 insanı siyasi məhbus adlandırıb Avroviziya mahnı müsabiqəsi ərəfəsində onlarla bağlı aksiya keçirəcəklərini elan edirlər. Əslində onların problemi heç siyasi məhbus da deyil. Dediyim kimi, görüntü yaradıb növbəti qrantlara yaşıl işıq yandırmaq və özlərini Avropalılara müxalifət kimi təqdim etməkdir. Mən bu kimi qüvvələrdən fərqli bir şey də gözləmirəm. Müharibə şəraitində yaşayan ölkədə onlar ordu əleyhinə yönəlmiş təxribat və kiçik oyunlarla məşğul olursa, Avroviziya mahnı müsabiqəsində də həmin təxribatlarını davam etdirəcəkləri şübhə doğurmamalıdır».
Oktay Hacımusalı

Bu xəbər oxucular tərəfindən 1725 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |