Şrift:
Lazerlər beyin xərçənginin sürətli analizinə kömək edə bilər
13.02.2017 [11:17] - Sağlıq
Lazerlər cərrahlara beyin xərçəngini sürətli analiz etməyə və nə qədər toxumanın götürülməsinə qərar verməyə kömək edə bilər. SRS mikroskopu adı verilən bu cihaz Miçiqan Universitetinin tibb fakültəsində və Harvard Universitetində 360-dən çox pasiyent üzərində təcrübədən keçirilib.
Beyin toxumalarının bölmələri dondurularaq laboratoriyaya aparılır, rənglərlə boyanır və sonra analiz edilir. Proses 30-40 dəqiqə davam edir. Həmin texnika vasitəsilə toxumalar üzərinə lazer işığı salınır. Lazer şüalarının xassələri "vuruş"dan asılı olaraq dəyişir. Xərçəngə yoluxmuş hüceyrə ilə beynin sağlam toxumalarının fərqli kimyası cərrahlara toxumaların xarici kənarını tapmağa kömək edir.
Bağırsaq xərçəngi kimi bu xəstəliyin digər növlərində də həkimlər əhəmiyyətli olmayan ətraf toxumaları götürə bilirlər. İşin ən çətin tərəfi beyində gərəkli olmayan toxumanın olmamasıdır.
Tədqiqatçılar texnologiyanın uzun müddət kliniki təcrübədən keçirilməsinin lazım olduğunu vurğulayıblar. Lakin cihaz vasitəsilə sağ qalma şansını artırmağın mümkünlüyü də müəyyənləşməyib. Alimləri ən çox düşündürən isə bu prosesdən az istifadə etməyin xərçəngin bərpa olunmasına, çox istifadənin isə əlilliyə səbəb ola bilməsidir.
Bu xəbər oxucular tərəfindən 588 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed