13.02.2017 [11:25] - Xəbərlər, DAVAMın yazıları
Ekstradisiya (ex-xaricə və traditio – ötürmək) latın mənşəli sözdür və cinayətkarlığa qarşı ölkələrarası beynəlxalq əməkdaşlığın bir formasıdır. Adətən, bu əməkdaşlıq bir ölkənin sorğusu əsasında başqa bir dövlətin cinayətdə təqsirləndirilən şübhəli şəxsi ona təhvil verməsi ilə gerçəkləşir. Son olaraq, İsrail və Rusiya vətəndaşı Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası geniş rezonans doğurmuşdu. Bir neçə dəfə işğal altındakı Dağlıq Qarabağı ziyarət edən Lapşin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı radikal çıxışlar da etmişdi.
Enter.News modern.az saytına istinadən dünyada baş verən ən qalmaqallı ektradisiya hadisələri haqda informasiyanı təqdim edir.
2007-ci il. Perunun keçmiş prezidenti Alberto Fuximori Çilidən ektradisiya olunmuşdu. Prokurorluq onu prezidentliyi dönəmində qanunsuz dinləmələrdə, korrupsiyada və “ölüm eskadronların”da ittiham edirdi. Hazırda həbsdədir.
Britaniyalı bankir Nik Lisson 1995-ci ildə ölkənin ən qədim bankı - “Barkings”ə 800 milyon funt sterlinq zərər vurduqdan sonra ölkədən qaçmışdı. 1999-cu ildə o, həbs olunaraq Londona gətirilmişdi.
Ölüm taciri kimi tanınan Rusiya vətəndaşı Viktor But 2010-cu ildə Tailanddan ABŞ-a ekstradisiya olunmuşdu. O, dünyanın müxtəlif ölkələrindəki silahlı qruplaşmalara silah satmaqda təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum olunub.
Panamanın keçmiş hərbi diktatoru Manuel Noryeqa 2010-cu ildə Parisə ekstradisiya olunmuşdu. O, çirkli pulların yuyulmasında və Parisdə qanunsuz maliyyə əməliyatlarında iştirak etməkdə təqsirləndirilib.
Slobodan Miloşeviç 2001-ci ildə Serbiya hökuməti tərəfdindən gizli yolla Haaqa tribunalına təslim edilmişdi. Hərbi cinayətlərdə ittiham olunan keçmiş prezident hökm çıxarılmamış, 2006-cı cı ildə həbsxanada vəfat edib.

Bu xəbər oxucular tərəfindən 594 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |