Şrift:
Ənvər Paşanın Sarıqamışda yazdığı - VƏSİYYƏTNAMƏ
13.02.2017 [11:26] - Xəbərlər, DAVAMın yazıları
Ənvər Paşanın mücadiləsi və Sarıqamış faciəsi haqqında istər Türkiyə, istərsə də Azərbaycan tərəfində kifayət qədər yazılıb, barəsində sənədli filimlər çəkilib. Yəni ki, az-çox insanlar bu barədə məlumatlıdır. Bu dəfə isə Sarıqamışda ordunun başında olarkən düşdüyü durumdan narahat olan Ənvər Paşa “Hökumətə” adlı bir vəsiyyətnamə yazır. Enter.News türkiyəli yazar İrfan Ülkünün “KGB arşivlərində Enver Paşa – Türklüğün son cebhesi” kitabından götürdüyümüz həmin vəsiyyətnaməni təqdim edir:

“Hökumətə!

Planım ruslara dərhal ikiqat zərbə vurmaq üçün iki koprus ilə onları təqib edərək geri çəkilməyə məcbur etmək və beləliklə də XI korpus və süvari dəstəsi ilə təqib edilən düşməni qarşılayıb tamamilə məhv etməkdir. IX-X korpusu və süvari dəstəni gözləyirəm. Əgər gəlib yetişərlərsə düşməni məhv edəcəm. Yox, əgər onlar yetişməsə düşmən zəifləmiş orduya hücum edər və bu hücuma müvəffəq olarsa, demək ki, o vaxt ordu məhv olub.

İndiyə kimi əsgər və zabitlər qüsursuz döyüşdülər. Hər cür fədakarlığı etdilər. Əgər Allah yardım edərsə, müvəfəqiyyətimiz qətidir. Yox, əgər müvəffəq ola bilməsəm, son əsgərimlə bərabər öləcəyəm. Bu halda vəsiyyət edirəm: mən vəzifəmi yerinə yetirdiyimi sanıram və elə ölürəm. Yaşasın dinim, vətənim, padişahım.

Əgər məndən sonra qalanlarıma (ailəmə -R.S.) kömək etmək istəsəniz Sultan Həzrətlərinin ayırdığı məbləğ kifayət deyil. Ona görə də onların rifah içərisində yaşaması üçün komandanlıqdan ayrılan vəsaitin artırılmasını, valideynlərimin rahatlığının təmin edilməsi, İlahi rəhmətə nail olmaq üçün bir neçə xeyirli iş görülməsini xahiş edirəm. Tərəqqisindən başqa bir məqsəd güdmədiyim din və millətimin yüksəlişinə dua edər, tanıyanlara salam göndərirəm. Yaşasın müsəlmanlıq və Osmanlı, Osmanlıların padşahı Sultan Mehmet Xan (burada VI. Mehmed Sultan Vahidəddin nəzərdə tutulur – R.S.)

Sərvət adına heç bir şeyim yoxdur. Bununla belə, nəyim varsa, Sultan Əfəndi Həzrətlərinə həvalə edirəm.”

Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 826 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed