Şrift:
Azərbaycan Rusiyanın Dilqəmnən Lapşin kimi maraqlanmamasından narahatdır- DEPUTATLAR
13.02.2017 [11:38] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Bu gün rəsmi Bakı bloger Aleksandr Lapşin məsələsindən istifadə edib, Ermənistanda əsirlikdə olan azərbaycanlı Dilqəm Əsgərov məsələsini gündədmə gətirib, onun azadlığına nail ola bilər.

Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik, kirrupsiya ilə mübarizə komitəsinin üzvü, milət vəkili Elman Nəsirov deyib.
elman
Onun sözlərinə görə, Aleksandr Lapşinin həbs olunaraq Azərbaycana təhvil verilməsi tamamilə beynəlxalq hüquq normaları daxilində həyata keçirildiyindən tam hüquqi əsaslara söykənib. “Bu hüquqi məsələ olduğundan onun həbsində hər hansı siyssi motiv yoxdur və bununla bağlı söhbət gedə bilməz. Ancaq burada bizi narahat edən bəzi məqamlar var. Bu da ondan ibarətdir ki, hadisəyə bəzi ölkələr fərqli yanaşmada reaksiya verirlər. Lapşin üç ölkənin vətəndaşı olsa da, ancaq Rusiya bu məsələdə fəallıq nümaiyş etdirir. Bununla bağlı hətta Rusiya XİN bəyanat verib. Bunun narahatedici məqamı ondan ibarətdir ki, Rusiya vətəndaşı olan şəxs cinayət törədir və onun taleyinə ciddi yanaşırsa, o zaman Rusya vətəndaşı olub, ancaq hər hansı cinayət əməli olmayan, Ermənistanda əsirlikdə olan, işgəncələrə məruz qalan Dilqəm Əsgərova belə anoloji mövqe nümayiş etdirilmir. Niyə görə Rusiyanın Ermənistandakı səfiri Dilqəm Əsgərovun taleyi ilə maraqlanıb, onunla görüşmür?! Rusiya XİN onunla bağlı niyə bəyanatla çıxış etmir?! Təbii ki, bütün bu suallar Azərbaycan cəmiyyətini narahat edir və onlarda haqlı suallar doğurur. Bu suallara cavab gözləyir”- deyə, millət vəkili vurğulayıb.
E.Nəsirov əlavə edib ki, bütün bunlar bir daha ikili standartın bariz göstəricisidir: “Bu ikili standartlar insanlarımızda acı təəssüf doğurur. Hesab edirik ki, əgər Rusiya tərəfi Lapşinlə bağlı belə fəallıq nümayiş etdirisə, anoloji fəallığı Dilqəm Əsgərovla bağlı nümayiş etdirməlidir. Biz bu mövqenin olmadığının şahidiyik. Ona görə də hesab edirik ki, Rusiya Dilqəm əsgərov məsələsinə də belə reaksiya verməlidir”.
Millət vəkili bildirib ki, bu məqamdır və bundan yararlanmaq lazımdır: “Çünki Dilqəm Əsgərov Aleksandr Lapşindən fərqli olaraq hər hansı cinayət törətməyib. O, sadəcə öz doğmalarının qəbrini ziyarət etmək üçün Kəlbəcərə gedib. Ziyarət zamanı ermənilər tərəfində əsir götürülərək, işgəncələrə məruz qalıb, ədalətziz olaraq mühakimə olunaraq həbs edilib. Aleksandr Lapşin isə nəinki Azərbaycan qanunvericiliyini, eyni zamanda beynəlxalq hüquq normalarını kobud surətdə pozaraq Azərbaycanın suveren hüquqlarının və ərazi bütövlüyünün pozulması istiqamətində çağırışlar edib, təbliğat kampaniyası aparıb. Bunu da məqsədyönlü edəcəyini bəyan edib. Biz bu ikili yanaşmaya son qoyulmasını və məsələlərə obyektiv yanaşmasını tələb edirik. Əgər Dilqəm Əsgərov da Rusiya vətəndaşıdırsa, niyə Lapşin kimi ona münasibət sərgilənmir. Əgər Lapşinin müdafiəsindən söhbət gedirsə, qoy, Rusiya D.Əsgərovla bağlı elə mövqe nümayiş etdirsin və bu “qara yara” olan ikili standartı, yanaşmanı aradan qaldırsın”.
E.Nəsirov onu da bildirib ki, indi məqamdır və biz bundan istifadə edib danışıqlarda gündəmə gətirə bilərik: “Bunun üçün çox yaxşı president yaranıb. Qoy, Rusiya Dilqəm Əsgərov məsələsində fəallıq nümayiş etdirsin”.
Millət vəkili Tahir Kərimli də Gununsesi.info-ya açıqlamasında bildirib ki, biz Rusiyanın bu məsələdə yüksək səviyyədə fəallıq nümayiş etdirdiyinin şahidi oluruq. “Hətta Rusiyanın Azərbaycandakı səfiri qısa zamanda lapşinlə görüşüb və onun vəziyyəti ilə tanışolub. Görüşdən sonra da bəyan edir ki, biz Azərbaycandan Lapşinlə bağlı prosesin ədalətli və obyektiv aparılmasını istəyirik”-deyə, millət vəkili vuruğulayıb.

T.Kərimlinin fikrincə, ancaq burada təəccüb doğuracaq məqam ondan ibarətdir ki, Rusiya vətəndaşı olan Lapşindən fərqli heç bir günahı olmayan Dilqəm Əsgərovun, Rusiyanın özünün də tanımadığı Dağlıq Qarabağ sepratçı rejimi tərəfindən əsir götürülməsinə heç bir reaksiya vermədi və sanki belə bir şey olmamaış kimi davrandı. Dilqəm Əsgərovun həbsinə göz yumdu. İynənin ucu qədər belə narahatçılıq keçirmədi. Baxmayaraq ki, Rusiyanın belə bir istəyi və arzusu olsaydı, D. əsgərovu həmən girovuqdan azad edərdi. Ermənistan və separatçılar onun bu istəyinə həmən əməl edəcəkdilər. Amma biz bunun şahidi olmadıq və bu da bizdə ciddi narahatçılıq doğurur.
Amma baxın, Rusiyanın Gümrüdəki hərib bazasının hərbçisi beş nəfərlik bir erməni ailəsini məhv edir və qətliam törədir, lakin Moskva onu nəinki ermənistan qanunları ilə mühakiməsinə imkan vermir, hətta Ermənistanda belə onun üzərində məhkəmə prosesinin aparılmasına qoymur. O, sonda Rusiyada mühakimə olundu. Bax, belə hadisələr bizdə ciddi narahatşılıq və təəssüf doğurur. Rusiya tərəfi də anlamalıdır ki,biz bunu başa düşür və görürük. Axı belə yanaşma olmaz. Vətəndaşın birini bir cür, digərinə isə başqa cür yanaşırsan. Bu bir daha Rusiyanın vətəndaşılarına millətinə, iqrinə və dinə görə münasibətdə belə qruplaşdırma aparıb. Bu yolverilməz haldır. Və ədalətsizliyin nümaunəsidir”.
Millət vəkili bildirib ki, Azərbaycan XİN bu məsələyə reaksiya verməlidir və nota səviyəsində Rusiya tərəfinə adekvat reaksiya verməlidir: “Ən azından Azərbaycanın Rusiyadakı səfiri buna reaksiya verməlidir. Əgər Rusiya belə bəyanatla çıxış edirsə bizimkilər də adekvat olaraq məsələni qaldırıb əsirlikdə olan soydaşımızın azad olunmasına nail olmalıdır. İndi belə bir fürsət yaranıb və bundan yararlanmaq lazımdır. Ən azından D. Əsəgrovun ermənistandan Rusiyaya ekstradisiyasına nail olunsun”.


Millət vəkili Fərəc Quliyev isə Gununsesi.info-ya açıqlamasında deyib ki, Rusiyanın Azərbaycan türkünə münasibəti bəlli olduğundan Moskvadan Dilqəm Əsgərovun məsələsində fəallıq nümayiş etdirməsinə inanmıram: “Dilqəm Əsgərov və onun ailəsi Rusiya vətəndaşı olmasına baxmayaraq, o, Azərbaycan türkü olduğundan münasibət ortadadır. İstər 20 yanvar, istərsə Xocalı spyqırımı olsun, istərsə dəAzərbaycan torpaqlarının işğalı, bunların hamısı Rusiyanın birbaşa əli ilə olub. Biz nə qədər sadəlövh olmalıyıq ki, Rusiyanın Azərbaycan türklərinə olan münasibətini digər etnoslara bəslədiyi münasibətlə eyniləşdirək. Belə bir hal son 200 ildən artıq müddətdə olmayıb və bundan sonra da olmayacaq. Ona görə ki,ermənilərin arxasında durub, onalrın işğalçılıq siysətinə rəvac verən elə Rusiyadır”.
Millət vəkili onu da bildirib ki, mən şəxsən Rusyanın Dilqəm Əsgərovla bağlı fəallıq göstərəcəyinə inanmıram və buna heç təəccüblənmirəm. Ona görə ki, Dilqəm Əsgərovla bağlı hətta bəzi rus icmaları və digərləri müraciət etsə də nəticəsi olmadı və reaksiya verəcəklərini də gözləmirəm”.


Mürtəza/Gununsesi.info
Bu xəbər oxucular tərəfindən 792 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed