13.02.2017 [14:35] - İqtisadiyyat
"28 May" metro stansiyasında "Lökbatan" Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində 125 nömrəli yeni marşrut xətti müsabiqəyə çıxarılıb.
Bakı Nəqliyyat Agentliyi tərəfindən “28 May” metro stansiyasından “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi (Bakı-Salyan yol qovşağı) istiqamətində yeni marşrut xəttinin təşkil edilməsi və müvafiq qaydalara uyğun olaraq müsabiqəyə çıxarılması məqsədəuyğun hesab edilib. Yeni marşrut xətti bir sıra səbəblər əsasında təşkil edilir. Bu səbəblərə “28 May” metro stansiyasından Lökbatan qəsəbəsi istiqamətində sərnişinlərin gedib-gəlmə vaxtının və ödəniş məbləğlərinin azaldılması, metro xidmətlərindən istifadə edən sakinlərin şəhərətrafı sənaye, ticarət və digər müəssisələrlə birbaşa əlaqələndirilməsi, “28 May” metro stansiyasından Lökbatan qəsəbəsi istiqamətində yeganə marşrut olaraq nağdsız ödəniş sisteminin tətbiq edilməsi daxildir.
Həmçinin "Nəqliyyat Mübadilə Mərkəzi” konsepsiyasına uyğun olaraq marşrutlarla əlaqələndirilməsi, qeyd olunan istiqamətdə hərəkət edəcək yeni avtobusların sərnişinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə istifadəyə verilməsi, bu istiqamətdə iritutumlu avtobusların istismar edilməsi ilə digər sərnişin avtonəqliyyat vasitələrinin sayının azaldılması və tıxacların aradan qaldırılması da səbəblərə daxildir.

Bu xəbər oxucular tərəfindən 536 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |