Şrift:
Marneulidə məktəblilər arasında bilik yarışı keçirilib
14.02.2017 [10:32] - Borçalı
Marneulidəki məktəblilər arasında “Etalon şagird” adlı bilik yarışı keçirilib.

Yarışda Marneuli rayonunda fəaliyyət göstərən hər orta məktəbdən bir şagird iştirak edib.

Yuxarı sinif şagirdləri arasında keçirilən bilik yarışı Gürcüstan Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilib. Tədbirdə gürcü və azərbaycanlı şagirdlər birincilik üzrə yarışıblar. Layihədə 20 sual olub. Tədbirdə azərbaycanlıları Marneulidəki Qasımlı kənd orta məktəbinin 10-cu sinif şagirdi Elman Bəkirov təmsil edib və gərgin bilik yarışmasında birinci yeri tutaraq “Etalon şagird” adını qazanıb.

Qeyd edək ki, “Etalon şagird” bilik yarışması 2016-2017- ci tədris ili müddətində ölkənin bütün məktəblərində keçiriləcək. Sonda bilik yarışmasının yekun finalı keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 1096 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed