14.02.2017 [10:34] - Mədəniyyət
İsveçrənin Bazel şəhərində on beş ölkənin mədəniyyət nümayəndələrinin iştirakı ilə “Birlikdə bayram edək” adlı beynəlxalq festival keçirilib. Festivalda İsveçrədəki səfirliyimizin dəstəyi və “Azərbaycanın dostları” diaspor təşkilatının təşəbbüsü ilə Azərbaycan mədəniyyətinin də təqdimatı baş tutub.
Tədbir zamanı İtaliyada yaşayan azərbaycanlı xoreoqraf Mais Nuriyevin rəhbərliyi altında fəaliyyət göstərən qrup Azərbaycan milli rəqslərindən ibarət proqramla bir neçə dəfə çıxış edib və bu çıxışlar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. 300-dən artıq qonağın iştirak etdiyi tədbir çərçivəsində iştirakçılara Azərbaycan şirniyyatlarından ibarət təamlar təqdim edilib.
Elgün Niftəli

Bu xəbər oxucular tərəfindən 464 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |