Şrift:
MDHP Güney Azərbaycan Departamentinin təkidi ilə “Google Earth” səhvini düzəltdi
11.04.2012 [16:40] - Xəbərlər
Keçən il dekabr ayında Güney Azərbaycandan MDHP Güney Azərbaycan Departamentinə məlumat verildi ki, "Google Earth" Azərbaycanın erməni terrorçuları tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ona bitişik əraziləri erməni ərazisi kimi (Müstəqil Dağlıq Qarabağ Erməni respublikası)təqdim edib. MDHP bu məlumatı dəqiqləşdimək üçün "Google Earth"-da araşdırma apardı və məlum oldu ki, Güneyli soydaşlarımızın dedikləri doğrudur. Erməni işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonları erməni əraziləri kimi göstərilib. Bu yanlışlıqları aradan qaldırmaq üçün MDHP Güney Azərbaycan departamentinin Amerikada yaşayan, əslən Güney Azərbaycandan olan fəalları MDHP rəhbərliyinin tapşırığı əsasında "Google"-in mərkəzi ofisinə müraciət edərək həmin qurumun rəhbərliyi ilə görüşmüş və "Google Earth"-da gedən yanlışlıqlara Güney Azərbaycanlılar adından etirazını bildirmişlər.
Soydaşlarımız BMT-in Dağlıq Qarabağla əlaqədar 4 qətnamənin surətini "Google Earth"-in rəhbərliyinə təqdim edərək bildirmişlər ki, Dağlıq Qarabağ əzəli və əbədi Azərbaycan ərazisi olub və bu bölgədə yaşayan əhalinin 95%-ni müsəlman Azərbaycan türkləri təşkil edib. Bugün həmin ərazilərin cənub hisəsi (Güney Azərbaycan) əhalisinin 98%-i Azərbaycan türkləri olaraq qalmaqdadır. Lakin rusların və farsların himayəsinə söykənən ermənilər böyük Ermənistan qurmaq üçün yerli əhalini məhv etməklə bu xəyalı gerçəkləşdirmək istəyirlər. “Ermənistan” respublikası adlanan ərazilər (İrəvan, Göyçə, Zəngəzur və s...) mahalları tarixi Azərbaycan torpaqlarıdır. Ermənilər azınlıq olaraq bu bölgəyə 18-ci əsrin ortalarında İrandan, Suriyadan və Türkiyədən rusların himayəsilə köçürülüb. Yerli əhalinin müsəlman olmasına baxmayaraq ermənilərə bütün imkanlar yaradılıb və onlara hər zaman qayğı göstərilib. Lakin rusların və bəzi qara qüvələrin təsirinə düşən ermənilər 1905-ci ildən bu günə qədər dəfələrlə Azərbaycan türklərinə qarşı soyqırım həyata keçiriblər. Ermənilər 1905-1907-1914-1915-1918-1938-1954-1963-1988-1992-ci illərdə Güney və Quzey Azərbaycanın Urmiyə, Xox, Salmas, Maki, Naxcıvan, Göyçə, Zəngəzur, Qafan, Bakı, Şamaxı, Quba, Qaradağlı və Xocalı kimi şəhərlərdə insanlığa sığmayan cinayətlər törədiblər. Bununla yanaşı erməni terror təşkilatları ASALA və Daşnaqların dinc əhaliyə qarşı terror əməllərindən Bakıda metrolarda və nəqliyat vasitələrində patlayış törədərək çoxlu sayda Azərbaycan əhalisini öldürüblər. 1918-ci ilin mart ayında Azərbaycanın Şamaxı və Quba vilayətlərində Azərbaycan türklərilə birlikdə 15 min nəfər yəhudini də soyqırıma məruz qoyublar.
Bugün "Google Earth"-da Dağlıq Qarabğı erməni əraziləri kimi təqdim olunması bütün dünya azərbaycanlılarının kəskin etirazına səbəb olamsı ilə yanaşı "Google"-ın imicinə çox ciddi zərbə vurur. Biz sizdən xahiş edirik ki, tez bir zamanda bu yanlışlığı aradan qaldıraraq dünyanın əksər ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının "Google"-a olan müsbət münasibətini yenidən bərpa edəsiniz.
"Google Earth"-in rəhbərliyi soydaşlarımıza öz təşəkürünü bildirərək əlavə edib ki, biz qısa bir zamanda bu yanlışlığı mütləq aradan qaldıracayıq və bu yanlışlığı aradan qaldırmaq üçün sizlərin məsləhətlərinizə də ehtiyacımız var. O əlavə edib ki, həmin bölgəni "Google Earth"-da yerləşdirən əməkdaşımız erməni olduğundan yəqinki məlumatlar düzgün yerləşdirilməyib. Siz bizə o bölgə haqda dəqiq və qərəsiz məlumatlar verə bilsəniz biz bu məsələni tezliklə həll edə bilərik deyə "Google2 rəhbərliyi bildirib. Soydaşlarımız qısa bir zamanda Dağlıq Qarbağ haqda geniş məlumatları həmin qurumun rəhbərliyinə təqdim etdikdən sonra "Google Earth"-da Azərbaycan əraziləri haqda yanlışlıqlar düzəldilib və Dağlıq Qarabağ Azərbaycan Respublikasının ərazisi olaraq göstərilb.
MDHP Güney Azərbaycan Departamenti bu uğuru xalqımza qazandıran soydaşlarımıza səmimi qəlbdən təşəkür edir və millətimizə Bütöv Azərbaycan mücadiləsində uğurlar və qələbə arzulayır.

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 1806 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed