Şrift:
Musiqili Teatrla Təbriz Teatrının müştərək layihəsi – “Bəxtəvər”
14.02.2017 [10:46] - Güney Azərbaycan xəbərləri, Mədəniyyət, Güney Azərbaycan-Təbriz
Azərbaycan Dövlət Musiqili Teatrı bir çox ilklərlə zəngin olan daha bir yeni layihəyə imza atıb. Qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, Dövlət Musiqili Teatrı ilə güneydə yaşayan soydaşlarımızın sevimli gülüş ustası, məşhur komediya aktyoru Babək Nəhreynin rəhbərlik etdiyi Təbriz Teatrı birlikdə tamaşa hazırlayacaq. Babək Nəhreyn həm də İran İslam Respublikası Şərqi Azərbaycan Teatr Assosiasiyasının sədridi. Qeyd edək ki, müştərək hazırlanacaq tamaşanın adı "Bəxtəvər"di.

Əsərin müəllifi və baş rolun ifaçısı Babək Nəhreyn, quruluşçu rejissoru İranın tanınmış və nüfuzlu teatr rejissorlarından biri olan Yaqub Sadiqcamalidi. İkitərəfli müzakirələrdən sonra layihənin icrasına başlanmasıyla bağlı qərar qəbul edilib. "Təbriz Teatrı ilə birlikdə həyata keçirəcəyimiz bu layihənin bir çox özəllikləri var. Tamaşada hər iki teatrın aktyorları rol alacaq. Tamaşanın biletləri ölkəmizlə yanaşı, İran İslam Respublikasının turizm şirkətlərində də satılacaq. Səhnə əsərini tamaşaçılara Novruz Bayramı ərəfəsində təqdim etməyi planlaşdırırıq. Bayram günlərində İranda, əsasən də Təbrizdən ölkəmizə çoxsaylı turistlərin gələcəyi gözlənilir."- deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib.
Bu xəbər oxucular tərəfindən 673 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed