14.02.2017 [10:52] - Sağlıq
Məhəmməd Peyğəmbərin (s.ə.v.) tövsiyə etdiyi faydalı qidaların siyahısını təqdim edirik:
Qaraçörəkotu
Bir çox xəstəlik üçün şəfa mənbəyi kimi göstərilən qaraçörəkotu dərman bitkisidir. Piroqlara və qoğallara həm bəzək, həm də gözəl dad verir. Qaraçörəkotunun toxumlarından yağ da hazırlanır. O, xüsusilə soyuqdəymə nəticəsində yaranan xəstəliklərin müalicəsində istifadə edilir.
Qaraçörəkotu qazları yox еdir, qurdları çıxarır. Müasir tədqiqatlar nəticəsində müəyyən еdilib ki, qaraçörəkotu toxumu mikrobların inkişafının qarşısını alır. Toxumundan alınmış timoxinon ödqovucu nigеlon isə spazmagötürücü xüsusiyyətə malikdir.
Əncir
Qida dəyəri meyvələrin əksəriyyətindən faydalı əncir həzmi asanlaşdırır. Əncir mеyvəsi böyrək və sidik kisəsi üçün xеyirlidir. Məhəmməd Hüsеyn xan yazır ki, əncir badamla yеyilsə insanı arıqlıqdan xilas еdir. Yеməkdən əvvəl əncir yеyilərsə, bu bədəni kökəldir və mədənin yumşaldır.
Xalq təbabətində müalicəvi məqsədlə yalnız əncirin özündən yox, həmdə yarpaqlarından da istifadə еdirlər. Onun tərkibində qətranlı maddələr, furokominlər, P, C vitaminləri və üzvü turşular mövcuddur. Yarpaqların həlimi və cövhərini öskürək, bronxial astma və böyrək xəstəliyində qəbul еdirlər, təzə yarpaqları isə çibanların üzərinə qoyurlar.
Xurma
Yüksək fibrin tərkibi ilə həzm sistemini yaxşılaşdırır, mədə problemlərini aradan qaldırır. B1, B2 vitaminləri ilə sinir sistemini qoruyur. Beyin funksiyalarını tənzimləyir. Ürək-damar və mədə sağlamlığını qoruyucu və antioksidant xüsusiyyətə malik olan xurma xüsusilə tərkibindəki vitaminlər, minerallar və turşular sayəsində qadınlar üçün vacib qida hesab olunur.
Xurmanın xüsusilə hamilə və uşaq dünyaya gətirən qadınlar üçün əhəmiyyəti və faydaları elmi cəhətdən də təsdiqlənib. Xurma ananın zəifləyən bədəninə enerji qazandırmaq, doğuşu asanlaşdırmaq kimi təsirləri ilə yanaşı, həmçinin xurmanın hamiləlik sonrası görülən və stressə bağlı saç tökülməsinə də mane olduğu deyilir.
Üzüm
Üzüm həm ərzaq, həm də dərman bitkisi kimi istifadə edilir. Ən çox qida dəyəri olan meyvələrin siyahısına daxildir. Üzümün giləsi və şirəsi ürək-qan damar sistemi xəstəliklərində, tənəffüs yolları iltihabında, mədə-bağırsaq, qaraciyər, öd yolları və böyrək xəstəliklərində çox xeyirlidir.
Bal
Bal ilə əlaqədar olaraq “Qurani Kərim”də belə buyurulub: "Rəbbin bal arısına dağlarda, ağaclarda və hazırlanmış pətəklərdə yuva qur, sonra hər növ bitkidən ye; Sonra da - bal hazırlamaq üçün Rəbbinin göstərdiyi yollardan boyun əyərək get”. Onların qarınlarından içki çıxacaq. Hansı ki, onda insanlar üçün şəfa var".
Arılar tərəfindən bitkilərdən toplanan bal şəfaverici təsiri güclü olan qidadır. Tərkibi insan orqanizmi üçün faydalı maddələrlə zəngin təbii arı balı ən həssas mədə tərəfindən də asanlıqla həzm edilir. Bal daxili orqanları sağlamlaşdırır, insana enerji verir, iradəni möhkəmləndirir, ovqatı yaxşılaşdırır, bədəni gümrahlaşdırır, cavanlığı qoruyub saxlayır, ömrü uzadır.
Göbələk
Göbələyin həzmi çətindir, mədəyə ağırlıq verir, qulunc ağrısına səbəb olur, sidiyi çətinləşdirir, qanı çirkləndirir. Ancaq gözün görmə duyğusunu qüvvətləndirir.
Göbələk suyu normal su ilə qarışdırılıb başa sürtüldükdə, saç tökülməsinə qarşı faydalıdır. Göbələklər zülal və karbohitratlarla, aminturşularla, B, C, E, PP, D, fosfor, kalium, sink, dəmir, kalsium, yod, fosfor, fol turşusu ilə zəngindir.
Göbələyin tərkibində olan lesitin orqanizmdə xolesterinin yığılmasına mane olur. Bu səbəbdən göbələklər ürək-damar xəstəlikləri və müxtəlif maddələr mübadiləsi pozğunluqları zamanı çox xeyirlidir. Sink və B qrupu vitaminlərlə zəngin olduğu üçün göbələklər fiziki və əqli yorğunluq, stress, gərginlik zamanı insan orqanizminə çox yaxşı kömək edir.
Süd
Südün tərkibində natrium, kalium, kalsium, maqnezium, fosfor, mis sulfat və xlor, protein, şəkər və yağ kimi elementlər mövcuddur. Bu baxımdan süd uzun müddət tox saxlayır, həm yeməyi, həm də içkini əvəz edir. Məhəmməd Peyğəmbər (s.ə.v.) “Qurani Kərim”də müxtəlif ayələrdə südü zikr edib. Peyğəmbərimiz (s.ə.v.) südü sevərdi və belə buyurardı: "Yemək və içkilərin yerini tutan, aclığı və susuzluğu aradan qaldıran süddən başqa bir qida bilmirəm. Sizə inək südünü və südündən meydana gələn yağını tövsiyə edirəm”.
Qarpız
Qarpız hərarəti azaldır. Həzrət Aişə peyğəmbərimizin qarpızı yaş xurma ilə birlikdə yediyini və faydasını nəql edib: "Xurmanın hərarətini qarpızın soyuqluğu ilə, qarpızın soyuqluğunu da xurmanın hərarəti ilə sındırıb aradan qaldırırıq".
Qarpız bədənə soyuqluq və rütubət verir. Qarpız yeməklə öd ağrılarını azaldıb, qan təzyiqini tənzimləmək mümkündür. Sidikqovucu xassəyə malikdir və susuzluğu aradan qaldırır. Qarpızın suyunu bal və zəncəfillə qarışdırıb içmək bəlğəmi kəsər. Qarpız eyni zamanda həzmə yaxşı kömək edir. O, qanı durulaşdırır.
Qarpız tumu böyrək daşını salır. Qarpız qabığından şəkər və ya bal ilə bişirilmiş mürəbbəsi sinə ağrısı, mədə və həzm zəifliyini aradan qaldırır.
Zeytun
“Qurani Kərim”də 6 yerdə adı çəkilən zeytun dünyanın ən sağlam ərzaqlar qrupuna daxil edilib. Bu bitki və onun yağı insan səhhəti üçün faydalıdır və qanda xolesterinin miqdarını azaltmaq qabiliyyətinə malik monodoymamış turşu yağlarının çoxluğuna görə məşhurdur. Zeytun ürək və qan damarlarını arteriosklerozdan qoruyur; o sağlam qidalanma modeli sayılan Aralıq dənizi pəhrizinin əsas komponentidir. Bu bitkinin yarpaqları antioksidantlar, E vitamini və polifenollardan ibarətdir.
Ət
Ət ən qiymətli qidalardan biridir. “Quranı Kərim”də ət on iki yerdə zikr edilib. Əti faydalı olan heyvanlardan dəvə, inək, keçi və qoyunun adı çəkilib. “Bunlarda sizin üçün soyuqdan qoruyucu yunlar və bir sıra mənfəətlər vardır. Onlardan bir qismini də yeyərsiniz".
Səna bitkisi
Dərman bitkisi olan sənanın Məkkədə yetişən növü məşhur olduğu üçün tərcümədə “Məkkə Ruzigarı” mənasını verir. Əks təsiri yoxdur, yarpaqları qurudularaq istifadə olunur. Səna çayı mədə və bağırsaqları yumşaldır. Çox miqdarda alınarsa ishal edər. Səna əsasən xroniki atonik qəbizlik, anus çatları və babasil zamanı işlətmə vasitəsi kimi istifadə olunur. Həmçinin səna ödqovucu təsirinə malikdir.
Kəklikotu
Çiçəkləri, tumurcuqları və sapı qurudularaq ədviyyat kimi istifadə edilir. Bəzi növlərindən kəklikotu yağı da əldə edilir. Gözəl və xoş qoxusu vardır. Peyğəmbərimiz bir hədislərində "Evlərinizi zaman-zaman yovşan, kəklikotu və lavanda kimi gözəl ətirli otlarla tütsülədin" buyurmuşdur.
Zirə
Zirə gözəl qoxulu bir bitkidir. Toxumları qurudularaq ədviyyat olaraq istifadə edilir. Keçmişdə tibdə dərman bitkisi kimi istifadə edilib. Əsasən mədə-bağırsaq, qaraciyər. nəfəs yolları, böyrək, sidik kisəsi, göz, nevroz, vərəm və s. xəstəliklərə qarşı istifadə olunur. Antibakterial, antihelmint, işlədici, sidikqovucu və digər təsirə malikdir.
Sarımsaq
Bu bitkinin xoşa gəlməyən qoxusu olsa da, faydaları saymaqla bitmir. Məhəmməd Peyğəmbər (s.ə.v.) "Hər kim bu pis qoxulu bitkidən (sarımsaq) yesə, ağzının qoxusu gedənə qədər məscid gəlməsin" , - deyə buyurub.
Sarımsaqdan Şərq təbabətində çox qədim zamanlardan dərman kimi bir sıra xəstəliklərə qarşı istifadə olunur. Məsələn, xroniki mədə-bağırsaq xoralarının müalicəsində, zəiflikdə, avitaminozda, zob xəstəliklərində və s. Tərkibində "fitonsid" maddəsi son dərəcə qüvvətli bakterisid təsirə malikdir. Sarımsaqdan alınan "allisin" maddəsinin çox qüvvətli bakterisid təsiri var. Onun on mində bir nisbətini su ilə durulaşdırdıqda belə yenə də bakteriyalara öldürücü təsir göstərir, onların inkişafını dayandırır.
Sirkə
Картинки по запросу Peygamber Efendimizin tavsiye ettiği yiyecekler
Sirkə həm qida maddəsi kimi, həm də təmizlikdə və tibdə də istifadə edilir. Peyğəmbərimiz (s.ə.v.) bir hədisində: “Sirkə nə gözəl bir qatqıdır. Allahım! Sirkəni bərəkətləndir. Çünki sirkə məndən əvvəlki peyğəmbərlərin də qatqısı idi. Sirkə olan ev korluq çəkməz".
Heyva
Peygamber Efendimizin tavsiye ettiği yiyecekler
Məhəmməd Peyğəmbər (s.ə.v.) hədislərinin birində buyurub ki, "Heyva sinə ağırlarını aradan qaldırır, ürəyi rahatladır və qüvvətləndirir".
Heyva ürəyi möhkəmləndirir və ağciyər iltihabının qarşısını alır. Bundan başqa, heyva sidikqovucudur, ishalı kəsir, bədən temperaturunun aşağı düşməsini qarşısını alır. Mis və sellülozla zəngin olan heyva həzm prosesləri yaxşılaşdırır, qara ciyərin və öd çıxarıcı yollarının funksiyalarını yaxşılaşdırır, ishalla mübarizədə kömək edir.
Firni
Firni düyü ununa yağ və süd qarışdırılaraq bişirilən yüngül sıyıq növüdür. Bəzən bu yeməyə bal da əlavə edilir. Südlü sıyıqla bağlı peyğəmbərimizin müxtəlif hədisləri var: “Südlü sıyıq xəstənin mədəsini qüvvətləndirib rahatlaşdırır. Bəzi narahatlıqları da aradan qaldırır".
Aytən

Bu xəbər oxucular tərəfindən 815 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |