14.02.2017 [11:20] - Xəbərlər, DAVAMın yazıları
Bütün bu qısqanmalardan sonra o, Almaniyada “arzuolunmazlar” siyahısına düşəcək və faşist senzurası onun Əsəd Bəyi adı ilə əsərlərin çap olunmasını yasaqlayacaq.
“Şərqdə neft və qan” əsəri Qərbdə XX əsrin ən çox oxunan yazıçılardan biri, özünün yazdığı ilə hesabladıqda, 1905-ci il oktyabrın 20-də anası Sürixdən Bakıya qayıdarkən rus çölü ilə hərəkət edən qatarda dünyaya göz açmış Məhəmməd Əsəd Bəyin almanca yazdığı birinci romanıdır. Qərb tədqiqatçılarının fikrincə, əsər avtobioqrafik romandır. Əsəd Bəy öz doğuluşunu Berlində çıxan “Die Literfrische Welt” (“Ədəbiyyat dünyası”) jurnalında (1931) alman dilində dərc olunmuş “Həyatımın hekayəti” (“Die Geschichte meines Lebens”) adlı məqaləsində belə təsvir edir:
“Əksər adamlar doğulduğu evi, yaxud ən azı yeri göstərə bilirlər. Bu yeri, daha doğrusu, bu evi sonralar qocalıqda məsum xəyallara dalmaq üçün ziyarət edirlər. Dediyim xəyallara dalmaq üçün mən gərək sürət qatarının vaqonunu ziyarət edəm. Mən rus dəmiryolçularının ilk tətili zamanı Avropa ilə Asiya arasında yerləşən rus çölünün tam ortasında, anam Sürixdən, rus inqilabçılarının iqamətgahından ailəmin yaşadığı Bakıya gələrkən doğulmuşam. Doğulduğum gün, çar ruslara konstitusiya vəd edən manifestini imzalamışdı”.
Bakı arxivlərində Əsəd Bəy barədə mötəbər sənədlərin üzə çıxmasına baxmayaraq, bizcə, bu etirafı onun bakılılığına ilkin tutarlı sübut kimi götürmək olar! Doğrudur, Azərbaycan dövlət arxivində saxlanılan sənədlərə əsasən hansısa Lev Nissimbaumun Bakı neft sənayesində iş adamlarından biri kimi fəaliyyət göstərdiyi və hətta 1914-cü ilin telefon kitabında onun telefon nömrəsinin qeydi öz əksini tapmış, 1907-ci ildə onun Yakov adlı oğlunun dünyaya gəldiyi göstərilmişdir. Lakin bunları hələlik dəqiqləşdirilmiş məlumat kimi götürmək, həmin Lev Nissimbaumun Əsəd Bəyin atası olduğunu güman etmək, bizcə, ciddi sayılmazdı. Gələcək axtarışlar, çox güman ki, bu məsələlər üstündəki pərdəni birdəfəlik qaldırmağa imkan verəcək.
Əsəd Bəy Bakıda doğulmasa da, bakılı kimi Bakıda boya-başa çatmışdı. Bunu onun əsərləri sübut edir, buna özünün özünə yazdığı ömür yolu bir dəlildir: “İlk uşaqlıq təəssüratlarım: düzənlik, kimsəsiz qum səhrasının ortasında ucalan neft buruqları, məsciddəki müəzzinin azan səsi və keçmiş hökmdarların mavritan üslubunda tikilmiş, sonralar dağılmış sarayı. Bu saraya sevgimi vermişdim. O, şəhərin qədim Asiya hissəsində ucalırdı və Bakının neftə həris külli-əhli ona nifrət edirdi... Bakı xanlarının divanxanasında, şəbəkə ilə bəzədilmiş möhtəşəm divanxana darvazası qarşısında dağılmış sütunlar və anlaşılmaz yazılar arasında sonsuz saatlar keçirmişəm. Qədim, baxımsız saraya olan məhəbbətim tədricən saray əhlinə olan məhəbbətimə çevrilib. Qədim xanların sarayı ətrafında, şəhərin dörd yanında səhra baş alıb gedirdi. Səkkiz yaşında evimizin damında hərəkətsiz və ərincək oturub hər ikisi – səhra və saray haqqında şeirlər yazırdım. Hər ikisi mənim üçün ətrafımdakı insanların heç bir anlayışı olmayan sakit, ulu, səssiz bir əzəmətin təcəssümünə çevrilmişdi”.
Bakıda böyüsə də, əsərlərinin böyük əksəriyyətinin almanca yazması (sağlığında çap etdirdiyi irihəcmli 15 roman, iki tamamlanmamış əlyazması) Əsəd Bəyin araşdırıcılarını indiyə qədər əndişələndirən müəmmalardan biri sayılır. Çoxları, öncə də onun bəzi azərbaycanlı araşdırıcıları Bakıda boya-başa çatmış bir insanın almanca yazmasına şübhə ilə yanaşır və bu baxımdan da yazıçının əsərlərinin kimdənsə oğurlandığı, sonra mənimsənilib nəşr edildiyi gümanları ilə oynayıb ədəbi ictimaiyyəti dolaşığa salmağa çalışır. Əsəd Bəy özü isə almanca yazmağının səbəbini, almancanı hardan bildiyini həmin məqalədə belə açıqlayır: “İki yaşımdan etibarən hər yay Almaniyaya gedirdim. Dayəm alman idi, onunla almanca danışırdım”.
Göründüyü kimi, Əsəd Bəyin mühacirət yurdu olaraq Almaniyanı seçməsi və əsərlərinin böyük əksəriyyətini almanca yazması adi təsadüf deyilmiş. Alman dilini körpə yaşlarından faktiki olaraq ana dili kimi bilən yazıçı bu dildə yazmaqla əsərlərinə azərbaycanlı möhürünü vurmağı da unutmurdu. O bu dildə özünün azərbaycanlı nəfəsini saxlayır, azərbaycanlı düşüncə tərzini alman bədii nəsrində və almandilli lüğətlərin heç birində rast gəlinməyən Azərbaycan düşüncəli, lakin alman qafiyəli yeni ibarələr işlədir. Məsələn, Azərbaycanda da işlək olan “İnşallah!” Şərq realisinin alman dilindəki “Mig Gottes Hilfe!” qarşılığı əvəzində özünün düşünüb tapdığı və dərindən bildiyi ərəb dilindən kalka etdiyi “So Ğott Will”(hərfən: Allah belə istəyir!) ifadəsini işlədir (Kurban Səid “Ali und Nino”, Goldmann Varlag, səh.13). “Ağ Rusiya” əsərində Azərbaycan danışıq dili üçün səciyyəvi olan “dişi ilə, dırnağı ilə” frazeloji söz cütünü alman dilinə gətirib ona yeni işləklik statusu verir (mit Zahnen und Nageln), “Şərqdə neft və qan” romanında isə yenə Azəbraycan dilinə xas olan “acından köpmək” frazeologimini alman dilindən hərfən tərcümə edib (vor Hunger schwellen) yeni bir ifadəyə həyat vəsiqəsi verir. Belə misalların sayını istənilən qədərə çatdırmaq olar.
Əsəd bəyin oxucuların aftobioqrafik romanı olan “Şərqdə neft və qan” romanı, eləcə də Qurban Səid təxəllüsü ilə çap etdirdiyi “Əli və Nino” və “Altunsaç” əsərlərində qəhərmanların bulunduqları coğrafi məkanlar onun ömür yolu məqaləsində göstərilən yerlərə tam üst-üstə düşür: “Sonra qaçış başlanır, əvvəlcə Türküstana və səhralarını görcək az qala bütün inqilabı unutduğum İrana. Daha sonra Vətənə qısamüddətli qayıdış və nəhayət bolşeviklərin Azərbaycana yenidən soxulması. Qaçıram. Atam dalımca gəlir. Bir neçə saat ÇK-da keçirirəm, sonra xırda bir yalanın köməyi ilə azadlığa buraxılıram və qaçışımı davam etdirirəm. Lakin bolşeviklərin o vaxtkı sərhədinin xaricində - Gürcüstanda, üçüncü İnternasionalın agenti kimi yenidən bir neçə saatlığa həbs olunuram. Sonra qırmızı şüarlardan, məcburi kollektiv səadətdən və terrordan istirahət. İstirahət yalnız bir neçə ay davam edir. Bolşevik ordusunun hissələri yaxınlaşır. Biz yenidən qaçırıq, bu dəfə İstanbula – inqilabın əvvəlindən ilk dəfə düşünməyə və duymağa başladığım bir məkana. İstanbulda köhnələr yenidən canlanır. Məscidləri, sultanın sarayını, həftəlik Selamliyi ziyarət edirəm... İstanbul eyni zamanda məndə İslam sülhünü insanlığa tanıtdırmaq arzusu illərdən bəri varlığımı sarmışdır. Teokratik İslam imperializmi onun insanlara bəxş etdiyi daxili rahatlıq məni müqavimətsiz zəncirləyir... Sonra İtaliya gəlir və Romada nəcib katolik monastr məktəbi, daha sonra Paris və ən nəhayət on ildən çox Almaniya...”
Bu, Əsəd Bəyin 1931-ci ilə qədər keçdiyi ömür yoludur. O zaman onun vur-tut iyirmi altı yaşı vardı, yazıçılıq fəaliyyətinə təzəcə başlamışdı və gələcək şöhrətindən qorxuya düşən həmvətənlərinin tənqid və donoslarının acılarını hələ dadmamışdı. Sonralar Əsəd Bəyin artan şöhrəti ilə onun düşmənlərinin də sayı artacaq, indiyə qədər bolşevik məngənəsində sıxılan yazıçı həmvətənləri tərəfindən bolşevizmin astar üzü olan faşizmin əzmə maşınının ağzına veriləcək və o, iki tərəfdən sıxılmağa məruz qalacaq, bu yeni məngənədən can qurtarmaq üçün Avropanın nüfuzlu qurumlarında mühazirələr oxuyacaq. Hətta faşizmə rəğbət hisslərini də izhar edəcək, lakin bunun da köməyi yetmədikdə alnına yazılmış didərginlik taleyini yaşayacaq. Avstriyanı, İsveçrəni, İtaliyanı özünə “vətən” seçib bu qərib diyarlarda daldalanacaq. Amerikaya üz tutub orada ailə qurmağa çalışacaq, qurduğu ailədə bəxti gətirmədikdə yenidən Avropaya dönəcək. Keçmiş həyat yoldaşının simasında özünə yeni bir düşmən qazanacaq və bu qadın da onu azərbaycanlıların sırasından çıxarıb faşist konselyariyasına Əsəd Bəyin yəhudi olması barədə rəsmi məktub göndərəcək, bütün bu qısqanmalardan sonra Məhəmməd Əsəd Bəy Almaniyada “arzuolunmazlar” siyahısına düşəcək, faşist senzurası Əsəd Bəyi adı ilə əsərlərin çap olunmasını yasaqlayacaq. Əsəd Bəy də məcburiyyət qarşısında qalıb özünə Qurban Səid təxəllüsünü götürəcək. Lakin izləmə və təhdidlərin qorxusundan bu təxəllüsü rəsmən Elfride Erenfelsin adına qeyd etdirəcək, yenidən İtaliyaya üz tutub italyan hökumətinin Tripolisdəki valisi feldmarşal İtalo Balbonun rəsmi tərcüməçisi kimi Liviyada ərəb-italyan dilləri üzrə tərcüməçilik edəcək və keçdiyi bu yolların hamısını öz əsərlərində optik dəqiqliklə qələmə alıb gələcək tənqidçilərin həmin əsərlərin Əsəd Bəyin olmaması şübhələrinin üstündən qalın bir xətt çəkəcək. Son olaraq Bakıya çox bənzəyən, oxşarlığına görə Əsəd Bəyin uşaqlığını keçirdiyi İçərişəhərdən, demək olar ki, seçilməyən Pozitano şəhərində məskunlaşacaq, ağır xəstəliyə tutulub orada dünyasını dəyişəcək. Vaxtilə Qurban Səid təxəllüsü altında çap etdirdiyi “Əli və Nino” romanı ölümündən bir il sonra (1943) italyanca müəllif tərcüməsində Əsəd Bəyin müəllifliyi ilə “Əlixan” adı altında nəşr olunacaq.
Bakı, ümumən Azərbaycan, İran, Türküstan, Gürcüstan və Türkiyə həyatı Əsəd Bəyin “Şərqdə neft və qan” romanında və Qurban Səid təxəllüsü ilə nəşr olunmuş “Əli və Nino”, “Altunsaç” əsərlərində gözəl boyalarla, hər məkanın özünə xas spesifikası ilə qələmə alınır. Gəncə qiyamı, erməni məkri və xəyanəti, bolşevik azğınlığı, bolşevik-daşnak cütlüyünün Azərbaycan xalqına qarşı başladığı soyqırım siyasəti, ümumiyyətlə, 20-ci yüzilin keşməkeşli tarixi həmin əsərlərdə əsas motivlərdən birini təşkil edir. Yalnız böyük yazıçıya xas olan şərəfsizliyi ilə bütün əsərlərində seçilən Əsəd Bəy – bunu onun alman araşdırıcıları xüsusi vurğulayırlar – həmin romanlarda “Azərbaycanlılığından çıxa”, “azərbaycanlılığını itirə” bilmir. Vətənpərvər yazıçı kimi Azərbaycan dərdlərini, Azərbaycan problemlərini, azərbaycanlı və ümumən şərqli mentalitetini Şərqi dinləməyib yalnız eşidən avropalıya izah etməyə çalışır, Azərbaycanın indiki nəsli üçün çox dəyərli məlumatlar qoyaraq onu öz ölkəsinin problemlərinə gözü açıq saxlamağa çalışır.
“Altunsaç” romanında isə o özünün mühacirlik həyatını içəriyə axan göz yaşları ilə qələmə alır. Doğrudur, bu əsər birbaşa Azərbaycanla bağlı deyil, lakin Əsəd Bəy (Qurban Səid) burada Türkiyəni, onun tarixini, İstanbul həyatını, ümumi Şərq mühacirliyinin fonunda türk mühacirliyinin acınacaqlı taleyini, Şərq-Qərb qarşıdrumasının səbəblərini və incəliklərini filosof təfəkkürü ilə şərh edir. Həmin əsərdə hadisələrin cərəyan etdiyi məkanlar Əsəd Bəyin qarış-qarış gəzdiyi ölkələrdir. Bu bədii romanda Türkiyə ilə yanaşı Almaniya, Avstriya, Rumelinin bütün bölgələri, Amerika Yaxın Şərq optik dəqiqiliklə təsvir olunur ki, Əsəd Bəyin sonrakı həyat yolu məhz bu ölkələrdən keçib-getmişdir.
Eyni coğrafi təsvirləri biz onun “Son Peyğəmbər”, “Qafqaz dağları, xalqları və tarixi”, “Stalin” romanlarında da görürük.
Əsəd Bəy görmədiyi coğrafi məkanı heç vaxt qiyabi təsvir etmir. Məsələn, rus mühacirətinin tarixinə həsr etdiyi “Ağ Rusiya” əsərində yazıçı Cənubi Rusiyanın, ilk növbədə də Ukraynanın bircə məkanını belə, təsvirə çəkmir, burda o, faktların ümumiləşdirilməsinə, məsələnin mahiyyətinin açılmasına üstünlük verir. Belə bir müşahidə bir tərəfdən əsərin ana xəttinin qarşıya qoyduğu tələbdirsə, digər tərəfdən, bizcə, yazıçının həmin areala qiyabi bələdliyi ilə izah oluna bilər ki, bu da Əsəd Bəy əsərlərinin üzünü açmamış azərbaycanlı tənqidçilərin Əsəd Bəyin Kiyev yəhudisi olması iddialarına əks arqumenti kimi götürülə bilər.
Acınacaqlı olsa da, deməliyik ki, 20-ci yüzilin ən görkəmli yazıçılarından biri olan azərbaycanlı Məhəmməd Əsəd Bəy ən az öz vətənində tanınır. Onun amerikalı araçdırıcısı, əslən avstriyalı Tom Rays yazıçının ləpiri ilə dünyanı dolaşıb onun haqqında monoqrafiya yazır, alman kinemotoqrafçıları Əsəd Bəy haqqında film çəkməyə hazırlaşır, biz isə onun əsərlərinin yayılmaması barədə gecəli-gündüzlü təbliğat aparırıq, sonra da səsimizin dünyada eşidilməməsindən bir-birimizə qeybət qırırıq. Halbuki almanların təbiri ilə deyilsə, Azərbaycanın Avropada ilk böyük elçisi olmuş yazıçı, tarixçi, diplopmat Əsəd Bəy vur-tut otuz yeddi illik ömründə Azərbaycanı dünyaya tanıtmaqda böyük-böyük qurumların və institutların əl-ələ verib yüz ildə görə bilmədiyi əvəzsiz bir iş görmüşdür.
Yerin behişt olsun, ustaq! Səni gec-tez xalqın da tanıyacaq! Rahat yat!
P.S. Bu yazı Məhəmməd Əsəd Bəyin “Şərqdə neft və Qan” romanını almancadan tərcümə edib nəşr etdirən Çərkəz Qurbanlıya aiddir.

Bu xəbər oxucular tərəfindən 673 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |