Şrift:
"Eurovision-2017" müsabiqəsinin Təşkilat Komitəsinin bir neçə üzvü istefa verib
14.02.2017 [15:04] - Mədəniyyət
Kiyevdə keçiriləcək "Eurovision-2017" mahnı müsabiqəsinin Təşkilat Komitəsinin bir neçə üzvü istefa verib.
İşlərindən ayrılanlar icraçı prodüserlər Viktoriya Romanova və Aleksandr Xarebin, kommersiya direktoru İrina Asman, təşkilatçı menecer Denis Bloşinski və təhlükəsizlik şöbəsinin rəhbəri Aleksey Karabandır.
Avropa Yayım Birliyi məsələ ilə bağlı bəyanat yayaraq adları çəkilən şəxslərə işin təşkilindəki səylərinə görə, minnətdarlığını bildirib, həmçinin artıq razılaşdırılmış işlərin vaxtında həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, builki müsabiqə 9, 11 və 13 may tarixlərində Kiyevdə keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 515 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed