14.02.2017 [15:17] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Hörmətli Sədr,hörmətli kolleqalar!
1 . Mən bahalaşma ,əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlı narahatlığımı sizinlə bölüşmək istəyirəm. Adambaşına orta aylıq istehlak səviyyəsi iki il əvvəl 340 dollar olmuşdursa, bu göstərici 2016-cı ildə 212 dollara düşüb.2014-cü ildə 38,4 milyard dollar dövriyəsi olan istehlak bazarı 2016-cı ildə 24,5 milyard düşüb. İki ildə Azərbaycanın istehlak bazarı 14 milyard dollar həcmində kiçilıb. 2016-cı ildə 9 milyardlıq azalma baş verib. Yəni, 2016-cı ildə tənəzzül 44%-dən çox böyüyüb.
İstehlak səbətinə daxil olan məhsulların xeyli bahalaşması minimum əmək haqqına yenidən baxılmasını zəruri edir.Bu məsələnin bir tərəfidir .
Bu iqtisadi mənzərənin ən mühüm səbəblərindən biri bazarda süni bahalaşma yaratmaqdır.
Statistika komitəsinin yaydığı məlumata görə 2017-ci ilin yanvar ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin yanvar ayına nisbətən 11,9 faiz,o cümlədən ,ərzaq məhsullarının qiyməti 14,5 faiz,qeyri-ərzaq məhsullarının qiyməti 12,3 faiz ,əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 8,0 faiz bahalaşıb.Dolların məzənnəsi ilə əlaqələndirilən bahalaşma, dolların məzənnəsi endikdə qiymət düşməsi ilə müşayət olunmadı.Deməli müəyyən çevrələr süni bahalaşma yaratmaqla qazanc əldə edir və əhalinin xususilə aztəminatlı hissəsini dövlətdən narazı salırlar.Ona görə müvafiq strukturların bu məsələyə müdaxilə etməsini zəruri sayıram.
2.Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzədə bir çox məsələlərə toxunulub. Amma hesab edirəm ki, postneft dövrü üçün ,qeyri-neft sektorunun inkişafında bələdiyyələrin imkanları lazımınca qiymətləndirilmir və istifadə olunmur.İdxaldan asılılığı minimuma endirmək,ixracatı artırmaq üçün istehlak mallarının böyük bir hissəsinin ölkədə istehsal etmək mümkündür.Bunun üçün istehsal müəssisələrin tikilməsi vacibdir.Nəzər saldıqda görürük ki,
Ötən il ərzində yeni yaradılmış müəssisə və təşkilatların 97,4 faizi xüsusi mülkiyyətli, 0,1 faizi bələdiyyə mülkiyyətli, 2,5 faizi isə dövlət mülkiyyətli müəssisələrin payına düşür.Cəmi 0,1 faizi bələdiyyə mülkiyyətli.
Yeni yaradılmış müəssisə və təşkilatların da 63,5 faizi faizi Bakıda yerləşir.Biz əyalət siyasətini elə stimullaşdırmalıyıq ki,işsizlik ucbatından urbanizasiya olmasın,insanlar əyalətlərdə yaşasın,iş yerləri olsun.Ona görə bu istiqamətdə bələdiyyələrə fəaliyyətini artırmaq üçün müvafiq dəstək vermək vacibdir.Bu həm də insanların əyalətlərə geri qayıtmasına,kənd təssərrüfatının inkişafına da yeni nəfəs verər.
Diqqətinizə görə təşəkkür edirəm.

Bu xəbər oxucular tərəfindən 831 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |