Şrift:
Şərq Ədəbiyyatı İncisi - "MARİFETNAME"
15.02.2017 [11:02] - Mədəniyyət
Mərkəzi Elmi Kitabxananın Şərq ədəbiyyatı fondunda saxlanılan dəyərli kitablardan biri də XVlll əsrdə yaşamış Türk İslam kültürünün Osmanlıdakı son nümayəndələrindən sayılan, mütəfəkkir Hasankale İbrahim Hakkı Həzrətlərinin "Marifetname" kitabıdır. Kitabın 1757-ci ildə qələmə alındığı bilinir. Kitab iki cildə toplanan vərəq formasında təxminən 600-dən çox əlyazmadan ibarətdi və soyundan olan nəvələri tərəfindən Tilloda (Siirt şəhəri) mühafizə edilməkdədi.

Qeyd edək ki, əsər bir önsöz, üç böyük bölümdən və bir sonsöz əvəzindən ibarətdi. Hər bölüm altı bölməyə ayrılır. Birinci bölüm "Fenn-i əvvəl" di. Allahın varlığına, birliyinə diqqət çəkdikdən sonra cisimlərdən, maddələrdən, bitkilərdən və insandan bəhs edir. Bu bölümdə həm də həndəsə, astranomiya, coğrafiya və s. kimi elmlər yer alır. İkinci bölümdə "Fenn-i Sani"di ki, burada insan anatomiyası, eləcə də vücud estetikası haqda məlumat verilir. Bədən və xasiyyət arasındakı bağlılığın qanunauyğunluqlarını göstərir. Bölümdə həm də sağlığa, ölümə, ruha dair geniş məlumat var. Üçüncü bölüm "Fenn-i Salis" din, fəlsəfə əhatəlidir. Sonuncu hissə isə insanların qarşılıqlı münasibətləri, adətləri, evlilikdə, övlada tərbiyədə, ana ataya, dosta, qonşuya və s. davranış adətləri, biçimləri yer alır. Şərq ədəbiyyatı fondunda saxlanan kitab 1987-ci ildə daha anlaşılan türkcə ilə nəşr edilən nüsxədi. Şərq ədəbiyyatı fondunda mühafizə olunan 75216 nüsxə incidən biridi.
Bu xəbər oxucular tərəfindən 483 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed