Şrift:
Fərəc Quliyev Səməd Seyidova başsağlığı verdi
15.02.2017 [14:01] - Gündəm, Bildiriş, Fərəc Quliyev
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyodovun atası İsmayıl Seyidov ötən gecə dünyasını dəyişib. Bununla bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deputat həmkarına başsağlığı verib. Başsağlığında deyilir:
“Şəxsiyyətinə böyük hörmət ediyim Səməd Seyodovun atası İsmayıl Seyidovun dünyasını dəyişməsi bizi dərindən kədərləndirdi. Səməd Seyidov Azərbaycana parlaq ziyalılar bəxş etmiş bir nəslin nümayəndəsi kimi, ölkəmizin elmi və ictimai-siyasi inkişafında böyük xidmətləri olan bir alim, dövlət xadimidir. Səməd Seyidovun bu fəaliyyəti heç şübhəsiz ki, ilk əvvəl ailədə olan düşüncədən gəlir. İsmayl Seyidov kimi insanların dünyasını dəyişməsini biz eyni zamanda cəmiyyətin itkisi hesab edirik. Şəxsim və sədrlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından İsmayıl müəllimə Allahdan rəhmət diləyir, Səməd Seyidova və mərhumun bütün doğma-yaxınlarına dərin hüzünlə səbr diləyirik.”
Bu xəbər oxucular tərəfindən 666 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed