Şrift:
Taekvando üzrə Azərbaycan yığması “Turkish Open” beynəlxalq turnirində 10 medal qazanıb
15.02.2017 [14:24] - İdman
Dünya Taekvando Federasiyasının və Türkiyə Taekvando Federasiyasının təşkilatçılığı ilə Antalyada keçirilən IV “Turkish Open” beynəlxalq turniri başa çatıb. “G-2” kateqoriyalı turnirdə Azərbaycan yığmasının daha bir üzvü uğurla çıxış edərək komandamızın aktivindəki medalların sayını ona çatdırıb.
87 kiloqram çəki dərəcəsində dayanq üzərinə çıxan Ramin Əzimov yarımfinalda Rusiya təmsilçisi Vladislav Larinlə qarşılaşmada məğlubiyyətlə üzləşərək bürünc medala kifayətlənməli olub.

Beləliklə, taekvandoçularımz yarışda 2-si qızıl, 3-ü gümüş və 5-i bürünc olmaqla, ümumilikdə 10 medal qazanıblar. Yığma komandamızın liderləri Radik İsayev və Milad Beigi Hərçəqani “Turkish Open” turnirində iştirak etməyiblər.

Azərbaycan Taekvando Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə yarışlara qatılan millimiz fevralın 16-da vətənə qayıdacaq.
Bu xəbər oxucular tərəfindən 514 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed