15.02.2017 [14:25] - İqtisadiyyat
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 16-18-də Türkiyənin İstanbul şəhərində keçiriləcək Dünya Turizm Forumunun Qlobal İclasında iştirak edəcək.
Nazirlikdən bildirilib ki, forum zamanı turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə iştirakçı dövlətlərin aidiyyəti qurumlarının rəhbərləri ilə danışıqların aparılması, 2017-ci ildə “İnkişaf naminə Davamlı Turizm Beynəlxalq İli”nin qeyd edilməsi, eyni zamanda cari ilin may ayında Bakı şəhərində keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Forum çərçivəsində təşkil olunacaq tədbirlərlə əlaqədar bir sıra görüşlər keçiriləcək. Həmçinin tədbir çərçivəsində nazirlər üçün təşkil ediləcək xüsusi “dəyirmi masa”da mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin çıxışı da nəzərdə tutulub.

Bu xəbər oxucular tərəfindən 506 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |