Şrift:
Yerli sahibkarların özəlləşdirmədə imkanlarının dəstəklənməsi ilə bağlı memorandum imzalanıb
15.02.2017 [14:32] - İqtisadiyyat
Fevralın 15-də “Özəlləşdirmə sahəsinə investisiyalar: yeni imkanlar və çağırışlar” mövzusunda işgüzar forum çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Təşkilatları Konfederasiyası arasında yerli sahibkarların özəlləşdirmədə imkanlarının dəstəklənməsi, birgə konfrans və forumların, eləcə də özəlləşdirilən müəssisələrə infoturların təşkilini əhatə edən əməkdaşlıq haqqında memorandum imzalanıb.

Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Təşkilatları Konfederasiyası bu kimi forumların respublikanın regionlarında da təşkil olunmasına qərar veriblər.

Qeyd edilib ki, bu yolla sahibkarların özəlləşdirmə prosesində fəallığının artırılması mümkündür.
Bu xəbər oxucular tərəfindən 487 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed