12.04.2012 [11:36] - Mədəniyyət
“Biz Azərbaycanda çox məşhur olan “Əli və Nino” romanı üzərində işləyirik. Həmin roman əsasında film çəkməyi planlaşdırırıq, lakin kino sənayesi mənim üçün tamamilə yeni fəaliyyət sahəsidir”. Bunu “İnterview Magazıne” jurnalına müsahibəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA Beynəlxalq Ekologiya Kampaniyasının təşəbbüsçüsü Leyla Əliyeva eyib. L. Əliyeva bildirib ki, əgər bu işi görsə, bu, Azərbaycan üçün böyük irəliləyiş olacaq: “Roman özü çox maraqlıdır, ona görə ki, bu əsərdə Azərbaycanın müxtəlif mədəniyyətlərin, dinlərin və ənənələrin qovuşduğu məkan olduğu göstərilir”.
Bu xəbər oxucular tərəfindən 1957 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |