Şrift:
Kriştianu Ronaldu və Anjelina Juli suriyalı ailənin faciəsini əks etdirən türk serialına çəkiləcəklər
16.02.2017 [10:26] - Mədəniyyət
İspaniyanın "Real Madrid" klubunun hücumçusu Kriştianu Ronaldu və Amerika aktrisası, kinorejissor, ssenarist, BMT-nin xoşməramlı səfiri Anjelina Juli türk serialına çəkiləcəklər.

Xəbərdə bildirilir ki, suriyalı bir ailənin yaşadığı dramı əks etdirəcək "Həyat körpüsü" adlı serialda Kriştianu Ronaldu, Anjelina Juli, Nensi Ajram kimi dünya şöhrətli sənətçi, idmançılar da rol oynayacaq. Qaziantepdə çəkilişləri başlayan film Latın Amerikası və Yaxın Şərq ölkələrində nümayış etdiriləcək.
Filmin yaradıcı heyəti ölkəsindəki vətəndaş müharibəsindən qaçaraq Türkiyəyə sığınan suriyalı ailənin faciəsini əks etdirəcək filmdə rol oynamaq üçün dünyanın bir sıra məşhur aktyorları ilə danışıqlar aparıb. Serialın rejissoru Eyüp Dirlik serialın ilk çəkilişlərinin aprelin birinci həftəsində başlayacağını, hazırda epizodik səhnələrin çəkildiyini bildirib. O, ekran əsərinin süjet xəttinin real hadisələrə əsaslandığını qeyd edib.
Serialda həmçinin Türkiyənin də bir sıra məşhur aktyorları müxtəlif obrazları canlandıracaqlar.
Bu xəbər oxucular tərəfindən 571 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed