Şrift:
“Xocalı” adlı rəsm sərgisi açılacaq
16.02.2017 [10:41] - Mədəniyyət, Bildiriş
Fevralın 27-də Bakıda Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş "Xocalı" adlı rəsm sərgisi açılacaq. Sərgi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Arts Council Azerbaijan" (Azərbaycan İncəsənət Konsulluğu) qeyri-hökumət təşkilatının dəstəyi ilə reallaşacaq. Sərgidə eyniadlı müsabiqəyə sözügedən mövzu ilə bağlı təqdim olunmuş sənət əsərləri nümayiş olunacaq. İki gün davam edəcək sərgi İçərişəhərdə Kiçik qala 105 ünvanında açıq səma altında gerçəkləşəcək.

Qeyd edək ki, qalib iştirakçılar mükafatlandırılacaq.
Bu xəbər oxucular tərəfindən 534 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed