Şrift:
S.Lavrov: "İranın nüvə problemi mərhələlərlə həll olunmalıdır"
12.04.2012 [12:23] - Gündəm
İranın nüvə problemi öz həllini mərhələlər üzrə tapmalıdır. Rusiyanın xarici işlər naziri Serqey Lavrov Vaşinqtonda "Böyük Səkkizlik" sammitində bunu bəyan edib. Onun sözlərinə görə, Tehranla nüvə danışıqları aparan 5+1 ölkələri, yəni BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya da bu mövqeyi bölüşür.

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hilari Klinton isə İranın nüvə probleminin diplomatik yolla həlli üçün hələ vaxtın olduğunu bəyan edib. Klinton qeyd edib ki, iranlıların danışıqlar masasına əyləşməsi və konkret nəticələrə nail olunmasına imkan verən bir mühit yaratması çox vacibdir. O, həmçinin danışıqların növbəti raundunun Tehran üçün öz nüvə proqramına dair şübhələri aradan qaldırmaq imkanı olduğunu deyib.

Vaşinqtonda başlayan "Böyük Səkkizlik" görüşündə İranın nüvə proqramına da toxunulub. Müzakirələrdə İranın nüvə probleminin həllində Türkiyənin rolundan da danışılıb. Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Cimmi Karter də Avrasiyanın geosiyasi xəritəsinə baxıldıqda Türkiyənin bir pilot dövlət olduğunu deyib.

Qeyd edək ki, İranın nüvə proqramına dair 5+1 ölkələri ilə danışıqların növbəti raundu aprelin 13-14-də İstanbulda baş tutacaq.
Bu xəbər oxucular tərəfindən 992 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed