16.02.2017 [10:56] - Xəbərlər, DAVAMın yazıları
Səlcuqlu Sultanı Səncər 1098-ci ildə Qutbəddin Məhəmmədi Xarəzmşah adı ilə Xarəzmə vali təyin edir. Qutbəddin mükəmməl idarəetmə qabiliyyəti və siyasəti bilən adam idi. O, 30 il Xarəzmi idarə etdi. Qutbəddinin ölümündən sonra oğlu Qızılarslan Adsızı Sultan Xarəzmə atasının yerinə təyin etdi. (1128) Sultan Səncər Adsızı çox istəyirdi. Adsız da ilk vaxtlar sultana sədaqətli oldu. Ancaq sonralar gücünə güc qatmaq üçün ətraf bölgələrə qoşun çəkməyə başladı. Bir müddət sonra isə Xarəzmdə olan Səlcuqlu məmurlarını həbs edir. Adsız etdiyi bu səhvləri üzündən Sultan Səncərlə düşmən oldu. Sultan böyük bir qoşunla Xarəzmə yürüş etdi. Döyüş başladı və bu döyüşdə məğlub olan Adsızın oğlu da öldürülür. (1139). Adsız Xarəzmdən gedir və bir ildən sonra yenidən hakimiyyətə qayıdır. 1141-ci ildə Sultan Səncərə məktub yazaraq ona sədaqətli olacağını əmin edir. Və əfv edilir...
Beləliklə, Qızılarslanın Sultan Səncərə onu bağışlaması üçün yazdığı əfv məktubunu Enter.News təqdim edir:
“Mən Adsız bin Məhəmməd, Əziz və Cəlal olan Tanrıdan bağışlanmağımı istəyir və Onun rəhmətinə sığınıram. Tanrıya qarşı olan bu əhdimə necə vəfalıyamsa, din və dünyanın qurtuluşu olan aləmin əfəndisi İslam Sultanına itaətə də eləcə sadiq olacağıma söz verirəm.
Tanrı hər kəsi doğru yola dəvət edər və onu istədiyi məqama yetirər. Mən Adsız bin Məhəmməd Xarəzmşaham. Əziz və Cəlal olan Tanrıya və rəsulu Məhəmmədə əhd etdim ki, mən mən olduqca aləmin əfəndisi Səncər bin Məlikşah bin Mehmedə müti olub, əmrlərinə itaət edəcəm. Heç bir zaman ona itaətsizlik göstərməyəcəm.
Türkdən və tacikdən, dost və ya düşməndən, qadın və kişidən, kafir və müsəlmandan dövlətin pisliyini istəyən, ona müxalif olanların heç birisi ilə dost olmayacam. Onları himayə etməyəcəm. Nəhayət, heç bir zaman onun dövlətinə müxalif olmayacam. Ona dost olanlarla dost, düşmən olanlarla düşmən olacam.
Əgər ona müxalif olanlardan kimsə dövlətin əleyhinə bir şey yazar və ya xəbər verərsə, yaxud da dövlət əleyhinə tədbir hazırlayarsa həmən Sultanı xəbərdar edəcəm. Bu xüsusda imkan daxilində gücümün yetdiyi qədər can və könüldən çalışacam. Bununla da dövlətə müxalif olanlar ziflər və mən də dolayısı ilə Sultana xidmət etmiş olaram. Sözlərimdə bəhanə, əməllərimdə şübhə olmayacaq. Aləmi və insanları yaradan Ulu Tanrıya niyaz və itaətdən sonra o qüdrətli padişahın əmirlərini yerinə yetirməyi özümə fərz sayıram. Eyni zamanda yazdığım bu əhdnamədə qeyd etdiyim şeylərə sədaqətli olacağıma and içdim. Vallahi, Billahi, Tallahi.
Yeddi qat göyün, yerin Tanrısı olan və Ondan başqa Tanrı olamayan O Tanrıya and içirəm ki, Sultana əsla müxalif olamayacam. Əgər əhdnamədə söylədiyim kimi hərəkət etməsəm Ulu Tanrı məndən razı olmasın, mən də özümdən razı olmayım. Əgər ki, Sultan Səncərə qarşı hər hansı bir şəkildə xətam olarsa ayaqla getmək şərti ilə on dəfə Haca getmək, on il də daim oruc tutumaq borcum olsun. Bütün malımı, mülkümü Məkkə və Mədinə kasıblarına paylayım. Aldığım və alacağım hər qadın məndən boşanmış olsun. Bağladığım bu əhd, tutduğum bu niyyət və verdiyim sözlərin heç biri boş deyil, yalandan demədim.
Aləmin əfəndisi Sultan Səncərə köləlik və itaətdən başqa hər hansı bir niyyətim oldusa Əziz və Cəlil olan Tanrının Rəsulu Məhəmmədin söylədiklərini və bütün peyğəmbərlərin insanlara gətirdiklərinin hamısını inkar edərək Tanrının Quranda bəhs etdiyi “Onlar üzərində Tanrı lənəti olanlardır, onlar üçün pis sonluq və cəhənnəm vardır” deyilən kimsələrdən olum. Əziz və Cəlil olan Tanrıyı, rəsulu Məhəmmədi, bütün peyğəmbər və mələkləri hazır olan maruf, emin və mötəbər insanları bu əhdimə şahid göstərirəm”.

Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 830 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |