Şrift:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi açıq tender elan edib
16.02.2017 [14:15] - Bildiriş
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi açıq tender elan edib.

Komitənin informasiya və analitik araşdırmalar şöbəsindən bildiriblər ki, tender müxtəlif lotlar üzrə elan edilib, o cümlədən, qadın sahibkarlığının inkişafı, qadın və uşaq hüquqlarının müdafiəsi, təbliği, məşğulluq strategiyasının həyata keçirilməsi, ailələrin sosial müdafiəsinin güçləndirilməsi istiqamətində maarifləndirmə və təbliğat işlərinin genişləndirilməsi, uşaqlar müharibənin günahsız qurbanları mövzularında tədbirlərin keçirilməsi; regionlarda valideyn məsuliyyətinin artırılması və s.

Təkliflərin qiymətlindirilməsi aşağıdakı meyarlara üstünlük veriləcək - aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübə.

Sənədlər martın 3-dək tender komissiyasına təqdim edilməlidir.
Bu xəbər oxucular tərəfindən 536 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed