16.02.2017 [14:16] - İdman
Gənc cüdoçular arasında Azərbaycan birinciliyinə yekun vurulub. İki gün davam edən yarışda “Qəbələ” idman klubunun təmsilçiləri də çıxış ediblər.
Klubun idmançıları birinciliyi 6 medalla başa vurublar. Yarışda 55 kiloqram çəki dərəcəsində klubun iki idmançısı fəxri kürsüyə yüksəlib. Rövşən Əliyev birinci, Nurlan Osmanov isə üçüncü yeri tutub.
Finaladək irəliləyən İsmayıl İbrahimov 66, Hasil Cəfərov isə 73 kiloqram çəki dərəcəsində gümüş mükafatçı olublar. Klubun daha iki idmançısı medalçılar sırasına düşə bilib. İmran Yusifov (100 kq) və Vüsal Orucov (100 kq-dan yuxarı) bürünc medal qazanıblar.
Hesabında 1 qızıl, 2 gümüş, 3 bürünc medal olan “Qəbələ” komanda hesabında 18 xalla üçüncü olub.

Bu xəbər oxucular tərəfindən 532 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |