Şrift:
Şahin Mustafayev İranın Ərdəbil və Urmiya şəhərlərinə səfər edəcək
16.02.2017 [14:30] - Güney Azərbaycan xəbərləri, İqtisadiyyat, Güney Azərbaycan-Təbriz
Fevralın 22-24-də Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə biznes nümayəndə heyətinin İranın Ərdəbil və Urmiya şəhərlərinə işgüzar səfəri planlaşdırılır.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, səfər çərçivəsində Ərdəbil və Urmiya şəhərlərində İran iş adamları ilə biznes əlaqələrinin genişləndirilməsi məqsədilə biznes forumun və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

İrana səfərdə iştirak etməkdə maraqlı olan sahibkarlar Azpromo-ya müraciət edə bilərlər.
Bu xəbər oxucular tərəfindən 598 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed