12.04.2012 [13:40] - Siyasət
Rusiya kəşfiyyatının adamı hesab edilən Bako Saakyanın qondarma seçkidə namizədliyini irəli sürməyəcəyinə dair xəbərlər var; separatçılar Moskvadan siqnal gözləyir
Azərbaycanın işğal altındakı ərazilərində fəaliyyət göstərən qondarma Dağlıq Qarabağ “respublikasında” növbəti qeyri-qanuni seçkilərə hazırlıq gedir. İyun ayında Qarabağdakı erməni rejimi növbəti “prezident seçkilərini” keçirəcək və oyuncaq hakimiyyətin yeni rəhbərliyi formalaşacaq. Erməni mənbələri xəbər verir ki, namizədlərin irəli sürülməsi kampaniyası 10 gün sonra başlamalıdır, lakin bu vaxta qədər Dağlıq Qarabağda heç kim, o cümlədən qondarma rejimin indiki rəhbəri Bako Saakyan namizədliklərini irəli sürmək niyyətlərini açıqlamayıblar.
Bildirilir ki, seçkilərin namizədlərsiz keçirilməsi mümkün olmadığından yəqin ki, yaxın günlərdə kimsə “prezidentlik” iddiasını ortaya qoyacaq. Ancaq mümkündür ki, belə iddia ilə cəmi bir nəfər çıxış edəcək və beləliklə də seçkilər alternativsiz keçiriləcək. Bəs bu namizəd kim olacaq?
Lragir.am saytının yazdığına görə, çoxları həmin namizədin B.Saakyan olacağını gözləsə də, onun namizədliyini irəli sürməyəcəyi haqda xəbərlər də dolaşır. Çünki Ermənistanda olduğu kimi onun işğalı altında olan Azərbaycan ərazilərində də hakimiyyət məsələsini Rusiya həll edir. İndi separatçılar Moskvadan hansı siqnalın gələcəyini gözləyirlər.
Sayt xatırladır ki, “DQR”in ilk “prezidenti” 1994-cü ildə Robert Köçəryan olub, onu əvvəlcə “parlament” bu vəzifəyə təyin edib. 1996-cı ildə isə Köçəryan səsvermə yolu ilə yenidən “prezident” olub, ancaq qondarma “respublikanın” rəhbəri iki ay sonra Ermənistanda baş nazir vəzifəsinə təyinat alıb. Bununla da Qarabağda Azərbaycan ərazilərinin işğalına başçılıq etmiş qüvvələrin Ermənistanda hakimiyyətə daraşması prosesi başlayıb. Sayt qeyd edir ki, o vaxt Köçəryanın başqa ölkəyə baş nazir vəzifəsinə getməsi Qarabağ cəmiyyətində ciddi narazılıqla müşayiət olunmuşdu. “Çoxları fikirləşirdi ki, Köçəryan ”bizim adamdır" və İrəvanda Qarabağı “satmağa” imkan verməz. Ancaq buna baxmayaraq, daxili nöqteyi-nəzərdən bu addım Dağlıq Qarabağın müstəqilliyi ideyasını ələ salmaq kimi qarşılanmışdı. Qarabağda bölgənin Ermənistanla birləşməsini istəyənlər indi də az deyil, lakin Köçəryanın ümumxalq səsverməsindən cəmi iki ay sonra başqa ölkəyə baş nazir getməsi qarabağlıların iradəsini ələ salmaq idi" deyə, sayt yazır.
Beləliklə, Köçəryandan sonra qondarma rejimin rəhbərliyinə onun sadiq adamlarından Arkadi Qukasyan keçib və iki müddət “prezidentlik” edib. Qukasyan “konstitusiyanı” dəyişdirib üçüncü dəfə “prezident” olmaq istəyəndə hərbi rejimin müqaviməti ilə qarşılaşıb və iddiasından çəkilib. Nəhayət, 2007-ci ildə Dağlıq Qarabağdakı rejimin “milli təhlükəsizlik xidmətinin” keçmiş rəhbəri Bako Saakyan “prezident” olub və işğal altındakı Azərbaycan ərazilərində hərbi-xəfiyyə rejimi yaradılıb. Lragir.am saytı Saakyanın Rusiya xüsusi xidmət orqanlarının tabeçiliyində Moskvada da işlədiyini xatırladaraq onun hakimiyyətə gətirilməsinin Kremlin təlimatı ilə baş verdiyini qeyd edir. Bildirilir ki, Saakyanın “seçilməsindən” sonra Qarabağda seçkilərə maraq itdi. Hamıda belə qənaət formalaşdı ki, Qarabağda “prezidentləri” hətta İrəvandan yox, Moskvadan təyin edirlər.
İndi də Qarabağa seçki ərəfəsində sovet KQB-sinin köhnə ənənələrinin təkrarlandığı bildirilir. Belə ki, namizədlərin irəli sürülməsi kampaniyasına 10 gün qalsa da heç kim iddiasını ortaya qoymur: “Əhalinin bir hissəsi inanır ki, Moskvanın təyin etdiyi namizəd bu dəfə də Saakyan olacaq və təbii ki, seçkiləri də o ”udacaq". Lakin digərləri istisna etmir ki, Moskva bu dəfə başqa namizədə üstünlük verəcək. Bəziləri Saakyanın administrasiyasının indiki rəhbəri, KQB-dəki rütbəsi Saakyandan daha yüksək olan Marat Musaelyanı göstərirlər. O da uzun müddət Moskvada işləyib. Görünür, bu dəfə də Moskva öz namizədinə “alternativ”lər müəyyən edəcək, məsələn, Kommunist Partiyasının birinci katibi Qrant Melkumyan və virtual Armenakan Partiyasının lideri Boris Aruşanyan kimi. Ciddi rəqiblər isə seçkilərə qarışmağa risk etməyəcək".
Dağlıq Qarabağdakı oyuncaq erməni rejiminin əslində Ermənistandakı Qarabağ klanının, üstəlik, Moskvanın oyuncağı olduğu barədə dəfələrlə faktlar əsasında yazılıb. O da məlum olmuşdu ki, Kremldə, Rusiya Prezident Administrasiyasında Moskvanın MDB məkanındakı separatçı rejimlərlə əlaqələrini tənzimləyən xüsusi kurator da fəaliyyət göstərir. B.Saakyan isə vaxtilə KQB “sukası” kimi çalışıb, Qarabağda müharibənin getdiyi vaxtlarda isə Moskvada oturaraq Rusiyadan erməni ordusuna ötürülən silahların, hərbi texnikanın daşınıb çatdırılmasını təşkil edib. Bu barədə məlumatlar Ermənistan mənbələrində müxtəlif vaxtlarda yer alıb. Rusiya separatçı Cənubi Osetiya və Abxaziya, habelə Dnestryanı bölgədə olduğu kimi Dağlıq Qarabağda da prosesləri həmişə öz nəzarətində saxlayıb. Doğrudur, Rusiya Dağlıq Qarabağdakı rejimlə əlaqələrini birbaşa büruzə vermir, elə görüntü yaradır ki, onunla hansısa birbaşa münasibətləri yoxdur. Lakin hamıya, o cümlədən ermənilərin özlərinə də aydındır ki, Dağlıq Qarabağdakı oyuncaq hakimiyyətə rəhbərlik edənlər kimin göstərişi ilə hərəkət edirlər. Hətta dəfələrlə münaqişənin nizamlanmasına dair danışıqlarda həlledici məqamlar yarananda Dağlıq Qarabağdakı rejimin Ermənistan hakimiyyətinə qarşı təzyiq elementi kimi istifadə edilməsi halları baş verib.
Bəs Moskvanın Dağlıq Qarabağdakı separatçı rejimə təsiri məsələsi indi nəyə görə aktualdır? Məsələ ondadır ki, ötən ildən etibarən Gürcüstan və Moldova ərazilərindəki qondarma “respublikalarda” Moskvaya qarşı əsl bunt yaşanır. Əvvəlcə Abxaziyada separatçı lider Sergey Baqapş Moskvanın iradəsinə zidd gedərək yenidən “prezident” olmaq istədi. Daha sonra Cənubi Osetiyada Moskvanın namizədi “prezident seçkilərini” uduzdu, seçkiləri udan Alla Cioyevanın hakimiyyət başına gəlməsinə isə Moskva imkan vermədi. Nəticədə separatçı bölgədə ciddi siyasi qarşıdurma, gərginlik yarandı. Nəhayət, Moskvanın təzyiqləri qarşısında Cioyeva geri çəkildi və yeni seçkilər təyin olundu. Ötən bazar günü Cənubi Osetiyada keçirilən yeni seçkiləri Leonid Tibilov olub. O, Cənubi Osetiya DTK-sının keçmiş sədridir. Bildirilir ki, Tibilov seçicilərin 54 faizdən çoxunun səsini toplayıb. Onun rəqibi David Sanakoev 43 faizə yaxın səs toplayıb. Leonid Tbilov elan edib ki, öz rəqibi David Sanakoevi öz komandasına dəvət edir. “İnterfaks”a verdiyi müsahibəsində o qeyd edib ki, Sanakoevi çoxdan tanıyır və onu peşəkar sayır. David Sanakoev insan haqları üzrə müvəkkildir. David Sanakoev qələbəyə görə yeni prezidenti təbrik etsə də, deyib ki, hələlik bəzi müxalif qüvvələr ölkənin yeni rəhbərliyinə münasibətlərini müəyyənləşdirməyiblər.
Moskva Cənubi Osetiyada öz adamını hakimiyyətə gətirməyə, nəhayət, nail olsa da separatçı Dnestryanı bölgədə bir neçə ay əvvəl onun namizədi üçüncü yerlə kifayətlənməli olmuşdu. Nəticədə Rusiya hakimiyyəti seçkiləri udan namizədlə işləməli oldu. Ekspertlər separatçı bölgələrdə bir-birinin ardınca Moskvanın adamlarının seçkiləri uduzmasını bu bölgələrin əhalisinin uzun müddətdir qeyri-müyyənlik şəraitində yaşamaqdan bezməsi kimi dəyərləndirir. Bu baxımdan mümkündür ki, Moskva hazırda Dağlıq Qarabağda “seçkiərəfəsi” vəziyyəti təhlil edir, öz adamlarından hansını “prezident” təyin etmək üzərində fikirləşir. Separatçılar isə öz növbəsində Moskvadan daxil olacaq siqnalı gözləməkdədir.
Sergey Lavrov: “Bizim Qarabağ mövqeyimizin dəyişdiyindən şübhələnənlər var”
Ötən həftə sonu Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan ölkələrin xarici işlər nazirlərinin toplantısından sonra Rusiya xarici işlər naziri ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqeyini açıqlayıb. Jurnalistlərdən birinin Vladimir Putinin hakimiyyət başına qayıdışından sonra Rusiyanın Qarabağ münaqişəsinə dair siyasətinin dəyişə biləcəyi barədə müzakirələri xatırladaraq ona verdiyi suala Lavrovun cavabı belə olub: "Mən eşitmişəm ki, İrəvana və Bakıya indiki səfərlərimdən sonra kimlərdəsə bu barədə şübhələr yaranıb. İstəyirəm aydın və dəqiq formada bir daha bəyan edib ki, Rusiyanın Qarabağ münaqişəsinin nizamlanmasında mövqeyi dəyişməz qalır. Bu məsələdə heç bir dəyişiklik baş verməyib. Bizim həmsədrlərin mövqeyi Rusiya, ABŞ və Fransa prezidentləri tərəfindən də son üç ildə dəfələrlə təkrarlanan prinsipial yanaşmalarına, Akvill, Muskok və Dovill bəyanatlarına əsaslanır. Belə mövqe çərçivəsində prezident Medvedyev Ermənistan və Azərbaycan prezidentləri arasında üçtərəfli təmasları təşkil edib”. Lavrov əlavə edib ki, Minsk Qrupu həmsədrlərinin mövqeyi və Rusiyanın fəaliyyəti münaqişənin bütün tərəflərin maraqlarına cavab verən həll variantının axtarılmasına əsaslanmışdı. Onun sözlərinə görə, belə həll variantı hər üç baza prinsipinə-ərazi bütövlüyünə, xalqların öz müqəddəratını təyin etmə hüququna və güc tətbiqindən imtinaya əsaslanır. “Həmsədrlərin nöqteyi-nəzərindən bu üç prinsipin hər biri eyni üstünlüyə malikdir və onların bazasında ədalətli həll variantını tapmaq olar” deyə, Lavrov bildirib.
Rusiya XİN rəhbəri xatırladıb ki, onların münaqişənin nizamlanmasının bütün elementlərini özündə əks etdirən təklifləri Minsk Qrupunun digər həmsədrləri tərəfindən də dəstəklənib. “Təəssüf ki, ötən il Kazanda mənim indi açıqlaya bilməyəcəyim məqamlar bu təklifin razılaşdırılmasına imkan vermədi. Lakin biz səyləri davam etdiririk, hansı ki, bu səylər ərazi bütövlüyünə, xalqların öz müqəddəratını təyin etməsinə və güc tətbiqindən imtinaya bərabər səviyyədə əsaslanır” deyə, Lavrov vurğulayıb.

Bu xəbər oxucular tərəfindən 1420 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |