18.02.2017 [09:58] - Xəbərlər, İslam dini
"İndi müsəlman dünyasının əvvəl heç zaman olmadığı qədər daha çox birliyə ehtiyacı var".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Əl-Cəzirə televiziyasına müsahibəsində deyib.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan İslam sivilizasiyasının bir parçasıdır: "Biz bununla fəxr edirik. Biz tarixi, dini abidələrimizlə fəxr edirik. Sizə deyə bilərəm ki, Sovet İttifaqı dövründə Azərbaycanda yalnız 20-dən az məscid var idi, çünki ateizm dövründə məscidlərimizin böyük əksəriyyəti dağıdılmışdı. İndi isə 2000-dən artıq məscid var. Onlar müstəqillik dövründə tikilib. Biz onları təkcə tikməmişik, həm də tarixi məkanlarımızı, bütün məscidlərimizi bərpa etmişik və müsəlman aləminin ən qədim məscidlərindən biri Azərbaycanda, qədim Şamaxı şəhərində yerləşir. Şamaxı məscidi 743-cü ildə tikilib. Bax, bu, bizim tariximiz və mədəniyyətimizdir. Məqsədimiz ilk növbədə, müsəlman dünyasında birliyi gücləndirməkdir. “İslam Həmrəyliyi İli”nin elan olunması da elə bu, deməkdir".
İlham Əliyev hesab edir ki, indi müsəlman dünyasının əvvəl heç zaman olmadığı qədər daha çox birliyə ehtiyacı var: "Müsəlman dünyasında bu birlik çatışmır. Düşünürəm ki, Azərbaycan bu istiqamətdə mühüm rol oynayır. IV İslam Həmrəyliyi Oyunlarının təşkil olunması da bunu göstərir, çünki bu, təkcə idman deyil, bu, təkcə idmançıların bayramı olmayacaq, bu, müsəlman dünyasının gənclərini birləşdirəcək, onlar Bakıya gələcəklər, ölkəmizi görəcəklər, əlaqələr quracaqlar və bu əlaqələr bütün müsəlman gənclərinə ölkələr arasındakı əlaqələri gücləndirməyə kömək edəcək. Biz islamofobiya meyillərinin artmasından, İslamın bəzi beynəlxalq media orqanları tərəfindən, necə deyərlər, terror dini kimi təqdim olunmasından çox narahatıq. Terrordan ən çox müsəlmanlar ziyan çəkib. Bizim qədim sivilizasiyamız, dəyərlərimiz, dünyaya töhfələrimiz var. Biz bunu nümayiş etdirməliyik. Azərbaycan Avropa ölkələrində çox işlər həyata keçirir, biz sərgilər, təqdimatlar təşkil edirik, İslam mədəniyyətini təbliğ edirik və beləliklə, göstəririk ki, qədim sivilizasiyaya malikik və eyni zamanda, bununla Azərbaycanda müsəlman həmrəyliyini gücləndiririk".
Prezident vurğulayıb ki, ümumiyyətlə, Azərbaycanda bütün dinlərin nümayəndələrinin hamısının arasında yüksək səviyyədə birlik mövcuddur:
"Biz sülh şəraitində yaşayırıq və heç zaman ayrı-seçkilik etmirik. Budur, irəli getməyin yolu. Müsəlman ölkələri bizə çox böyük hörmətlə yanaşır. İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə Azərbaycanda çoxsaylı tədbirlər təşkil edib və Ermənistan-Azərbaycan münaqişəsində bizi tam dəstəkləyir. Beləliklə, bizim planlarımız bunlardır. Biz bununla bir daha müxtəlif hədəflərə nail olmaq, müsəlman aləmində birliyi möhkəmləndirmək işinə töhfəmizi vermək, Azərbaycanda həmrəyliyi daha da gücləndirmək və İslamı dünyaya sülh və mədəniyyət dini kimi təqdim etmək üçün daha çox çalışmaq istəyirik".

Bu xəbər oxucular tərəfindən 1052 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |