Şrift:
Kikboksinq üzrə respublika turnirinə yekun vurulub
18.02.2017 [15:32] - Gündəm, İdman
Buzovnada Xocalı soyqırımı şəhidlərinin xatirəsinə həsr olunmuş kikboksinq üzrə respublika turniri başa çatıb. Yeniyetmələr arasında keçirilən yarışda 15 komandanın heyətində 170-ə yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb.

“Neftçi İdman Klubu”nun kikboksçuları turnirin 12 medalını (7 qızıl, 2 gümüş, 3 bürünc) qazanaraq komanda hesabında birinci yeri tutublar.

Klubun yetirmələrindən İmran Bağırov (31 kq), Əlihüseyn Əliyev (33 kq), Bəylər Həmidov (42 kq), Əli Qasımov (45 kq), Hüseyn Tarıverdiyev (51 kq), Məhəmməd Əliyev (54 kq) və Aslan Mikayılzadə (57 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq qızıl medala sahib olublar. Qalib Hüseynli (36 kq), Mirvasif Əliyev (45 kq-dan yuxarı) gümüş, Vaqif Ələkbərov (33 kq), Əliheydər Quliyev (28 kq) və Əlixan İbrahimov (26,5 kq) isə bürünc medal qazanıblar.
Bu xəbər oxucular tərəfindən 629 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed