15.09.2011 [13:06] - Gündəm
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) işğal olunmuş ərazilərdə bu il sentyabrın 18-də “yerli özünü idarəetmə orqanlarına” “seçkilər” keçirilməsi ilə bağlı bəyanat yayıb.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda deyilir: “Ermənistanın kütləvi informasiya vasitələrində yayılmış məlumatlara əsasən, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində bu il sentyabrın 18-də “yerli özünü idarəetmə orqanlarına” “seçkilər” keçirmək nəzərdə tutulur.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bir daha bəyan edir ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejim Ermənistan Respublikası tərəfindən bölgənin azərbaycanlı icmasına qarşı etnik təmizləmə siyasəti nəticəsində yaradılmış qanunsuz strukturdur. Qondarma “seçkilər” Ermənistanın işğalçı siyasətini ört-basdır etmək və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalının nəticələrini möhkəmləndirmək məqsədilə təşkil edilir.
Azərbaycan Respublikası Ermənistan tərəfini heç bir perspektiv vəd etməyən qanunsuz destruktiv addımlarını dayandırmağa və bunun əvəzində münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə davamlı nizama salınması üçün danışıqlar prosesində xoş niyyət və konstruktiv mövqe nümayiş etdirməyə çağırır”.

Bu xəbər oxucular tərəfindən 1175 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |