Şrift:
Azərbaycan millisi cüdo üzrə Avropa kubokunda birinci olub
20.02.2017 [10:14] - İdman
İspaniyanın Fuengirola şəhərində yeniyetmələr arasında Avropa kubokuna yekun vurulub.
Yarışın sonuncu günü də Azərbaycan milli komandası üçün uğurlu olub.
Belə ki, cüdoçularımız 1 qızıl və 1 gümüş medal qazanıblar.
+90 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Adil Kərimli yalnız final görüşündə qələbəni əldən verib və gümüş medala layiq görülüb. 73 kq çəki dərəcəsində çıxış edən Vüsal Şamilov isə 7-ci olub.
Bununla da, 4 qızıl, 2 gümüş və 1 bürüc medal qazanaraq Azərbaycan millisi komanda hesabında Avropa kubokunda birinci olub.
Qeyd edək ki, 21 ölkədən 423 idmançının (234 oğlan, 189 qız) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandası 16 cüdoçu (12 oğlan, 4 qız) ilə təmsil olunub.
Bu xəbər oxucular tərəfindən 504 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed