Şrift:
Öskürəkdən xilas olmağın ən asan yolu
20.02.2017 [10:27] - Sağlıq
Öskürək ayrıca bir xəstəlik deyil, bir çox hallarda soyuqdəymənin simptomu kimi meydana çıxır. Öskürək orqanizmin müdafiə mexanizmidir.

Bəşəriyyətin ən böyük bəlalarından birinin çarəsi tapıldı Öskürəyin köməyi ilə nəfəs yollarımız xəstəlik zamanı burada yığılan mikroblar, toksinlər, selik və s.-dən azad olur. Bu prosesi tezləşdirmək üçün daha çox ilıq maye qəbul edin — selik durulaşır və onun xaric olunması asanlaşır. Bəzi xalq təbabəti vasitələri nəfəs yollarının daha tez təmizlənməsinə kömək edir. Sizə ən sınanmış reseptlərdən birini təqdim edirik: — 1 çay qaşığı biyan kökü, 1 çay qaşığı dəvədabanı, 1 çay qaşığı bağayarpağı 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və gün ərzində qəbul edin. Bu otlar bəlğəmgətirici və iltihabəleyhinə təsir edir, öskürəyin sağalmasını tezləşdirir. Öskürək 1 həftədən çox davam edir, artır, bəlğəmdə qan, irin əmələ gəlirsə, vaxt itirmədən həkimə müraciət edin. Bu ciddi xəstəliyin simptomu ola bilər.
Bu xəbər oxucular tərəfindən 695 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed