Şrift:
Azərbaycan gimnastları Dünya Kubokunda 3 medal qazanıb
21.02.2017 [10:12] - İdman
Batut gimnastikası üzrə yeni olimpiya dövründə ilk Dünya Kubokuna yekun vurulub. 15 ölkədən Bakıya təşrif buyurmuş 82 batutçu və tamblinqçilər Milli Gimnastika Arenasında yarışıblar.
Azərbaycan idmançıları turnirdə 3 gümüş medal qazanıblar. Tamblinqçi Mixail Malkinlə batut üzrə yarışlarda sinxron proqramda çıxış edən Svetlana Makştarova və Veronika Zemlyanayadan ibarət cütlük ikinci yeri tutublar. İlya Qrişunin isə Yay Olimpiya Oyunlarının proqramına daxil olan fərdi çıxışında fərqlənərək fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Qeyd edık ki, ötən il də batut gimnastikası üzrə Dünya Kuboku Bakıda keçirilib.
Bu xəbər oxucular tərəfindən 454 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed