Şrift:
Azərbaycanda ətin mənşəyinin müəyyən edilməsinə başlanılıb
21.02.2017 [10:22] - Gündəm, İqtisadiyyat
İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin laboratoriyasında ətin mənşəyinin müəyyən edilməsi üçün müvafiq şərait yaradılıb və mütəxəssislər üçün təlimlər keçirilib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, artıq Mərkəzin laboratoriyasında müasir texnologiyalardan istifadə etməklə ətin mənşəyinin təyin edilməsi üzrə müayinələrə başlanıb.

Görülən işlər istehlakçıların keyfiyyətli və təhlükəsizlik göstəricilərinə tam uyğun məhsullarla təmin edilməsinə, istehlak bazarına nəzarətin səmərəliliyinin daha da artırılmasına xidmət edir.
Bu xəbər oxucular tərəfindən 518 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed