Şrift:
IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarına 32 ölkədən 255 idmançı qatılacaq
21.02.2017 [10:25] - Gündəm, İdman
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında cüdo və para-cüdo yarışları mayın 13-15-də Heydər Əliyev adına Arenada keçiriləcək.

Bu sözləri Azərbaycan Cüdo Federasiyasının meneceri Tural Piriyev deyib.

O bildirib ki, cüdo yarışlarında qadınlar və kişilər 7, paralimpiyaçılar isə 3-4 çəki dərəcəsində yarışacaqlar. Cüdo üzrə yarışlara 32 ölkədən 255 idmançının qatılacağı gözlənilir. Martda Bakıda təşkil olunacaq “Böyük dəbilqə” beynəlxalq turnirində yerli və xarici idmançılar qüvvələrini sınayacaqlar.

“Bakı-2017”də iştirak edəcək cüdoçuların mayın 10-dan ölkəmizə gələcəyini bildirən federasiya nümayəndəsi idmançılarımızın IV İslam Həmrəyliyi Oyunlarında böyük uğurlara imza atacağına əminliyini diqqətə çatdırıb
Bu xəbər oxucular tərəfindən 622 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed