21.02.2017 [13:53] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Ötən gün qondarma “Dağlıq Qarabağ Respublikasında” keçirilən “referendum”un heç bir hüquqi əsası yoxdur. Çünki dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Fərəc Quliyev deyib.
Onun sözlərinə görə, qondarma bir qurumda hər hansı bir aksiya və ya “referendum” keçirmək siyasi gündəmdə onu müstəqil kimi təqdim etmək cəhdidir: “Bundan əlavə, Ermənistan öz daxilindəki vəziyyəti nəzərə alaraq bu cür addımlar atıb, auditoriyasını sakitləşdirməyə çalışır. Düşmən ölkə çox yaxşı anlayır ki, bu kimi qondarma aksiyaların, “referendum”un keçirilməsinin heç bir mənası və hüquqi əsası yoxdur”.
F. Quliyev qeyd edib ki, qondarma “referendum” un keçirilməsi bir daha sübut etdi ki, danışıqların heç bir əhəmiyyəti qalmayıb: “Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi ilə bağlı beynəlxalq təşkilatlara kifayət qədər imkan verib. Aprel döyüşlərində Azərbaycan qələbənin bir addımlığında olmasına baxmayaraq beynəlxalq təşkilatların təkidi ilə savaşı dayandırdı. Onlar inandırdılar ki, münaqişəni tezliklə dinc yoll həll edəcəklər. Lakin onlar bunu etmədilər, artıq dinc vasitələrin zamanı bitib. Bu baxımdan hesab edirəm ki, beynəlxalq təşkilatlara konkret olaraq hərbi yolla bağlı bildiriş verilməli, ölkəmiz məsələni beynəlxalq konvensiya və konstitusiyaya uyğun olaraq məhz bu yolla həllinə nail olmalıdır. ATƏT-in Minsk qrupu yarandıqda üzərinə öhdəlik götürmüşdü ki, məsələni 1 il müddətində həll edəcək. Lakin həmin dövrdən 24 il keçib. Artıq kvota və ya zaman qoymağın vaxtıdır. Düşmən ölkə bu müddət ərzində torplaqlarımızdan geri çəkilməlidir. Əks halda hərbi yol qaçılmazdır. Çünki Ermənistan danışıqlardan qaçaraq, status-kvonu qoruyub saxlamağa çalışır. Son hadisələr də göstərdi ki, danışıqların heç bir əhəmiyyəti qalmayıb”.

Nailə Məhərrəmova
Bu xəbər oxucular tərəfindən 686 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |