21.02.2017 [14:21] - İdman
Fevralın 21-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsi çərçivəsində iki oyun keçiriləcək.
Almaniyanın “Bayer Leverkuzen” komandası “Atletiko Madrid” klubunu qəbul edəcək. Digər qarşılaşma isə İngiltərədə keçiriləcək. “Mançester Siti” doğma meydanda “Monako” ilə üz-üzə gələcək.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində artıq dörd oyun keçirilib. Fevralın 14-də “Benfika” komandası “Borussiya Dordmund”u 1:0, “Pari-Sen-Jermen” klubu isə “Barselona”nı 4:0 hesabı ilə məğlub edib. Fevralın 15-də oynanılan daha iki görüşdə də ev sahibləri qalib gəliblər. “Bavariya” komandası “Arsenal”ı (5:1), “Real Madrid” isə “Napoli”ni (3:1) məğlubiyyətə uğradıb.
Səkkizdəbir final mərhələsi çərçivəsində fevralın 22-də “Portu”-“Yuventus” və “Sevilya”-“Lester” görüşləri oynanılacaq.

Bu xəbər oxucular tərəfindən 574 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |