Şrift:
Hələ qışdır bu yerlərdə
22.02.2017 [09:41] - Gündəm, DAVAMın yazıları
Hələ qışdır bu yerlərdə,
Qardır meşə,qardır bağlar.
Belə qarlı günlərin də,
Şuxluğu var, xoşluğu var.

Kəndin adı- Bunud kəndi,
O,dostluğa güvənəndi.
Qonaq getsən elə indi,
Bilərsən ki, nə çağı var!

Çağırışa "hə" əvəzi,
Burda ancaq --" bəli " sözü.
Söz kəsəsi, sözün düzü,
Bunudun öz növrağı var.

Hələ qışdır bu yerlərdə

Azərbaycan ,

Qəbələ, Bunud kəndi.

21.02.2017.
Bu xəbər oxucular tərəfindən 825 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed