Şrift:
ATƏT-Azərbaycanla 20 ildir nigahdadır
13.04.2012 [15:30] - Gündəm
Elə bu məqsədlədə Azərbaycanın ATƏT-ə üzvlüyünün 20-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.

“Davam.az”a ATƏT-in Bakı ofisindən verilən məlumatlara görə, aprelin 13-də Azərbaycanın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzvlüyünün 20 illik yubileyini qeyd etmək məqsədilə, ATƏT-in Bakı Ofisi isə aprelin 16-dan başlayaraq iki həftəlik məlumatlandırma və maarifləndirmə tədbirləri həyata keçirəcək. Bu tədbirlərin əsas məqsədi ölkə ictimaiyyətini ATƏT və onun Bakı Ofisinin fəaliyyəti haqqında məlumatlandırmaqdır. Bunun üçün dövlət orqanları və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə dəyirmi masalar, konfranslar və tok-şoular, eləcə də universitetlərdə mühazirələr və kütləvi informasiya vasitələri üçün müsahibələr təşkil olunacaq.
Bu xəbər oxucular tərəfindən 1047 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed