13.04.2012 [15:39] - DAVAMın yazıları
1918-ci il sentyabr ayının 15-də Bakının erməni və bolşevik işğal qüvvələrindən azad edilməsi Birinci Dünya müharibəsində türk silahının son zəfəri oldu. Aradan ay yarım keçəndən sonra savaşdan məğlub durumda çıxan Osmanlı imperiyası Antanta qüvvələri ilə Mudros sülh anlaşmasını imzalamaq məcburiyyəti qarşısında qaldı. Bununla da yeddi yüz illik xanədanın yalnız özü deyil, yenicə təşəkkül tapmış Azərbaycan Cümhuriyyəti dövləti də ciddi təhdidlərlə üzləşməli oldu.
Antanta ilə Osmanlı dövləti arasında danışıqlar oktyabrın 26-da Egey dənizindəki Limnos (türk mənbələrində Limni-V.Q.) adasının Mudros limanında başlandı. Maraqlı tərəfləri ingilis donanmasının Aralıq dənizi üzrə baş komandanı admiral Artur Qaltrop və sədrəzəm Əhməd İzzət Paşa hökumətində cəmisi on gün əvvəl dənizçilik naziri təyin olunmuş Rauf Orbay təmsil edirdilər. Osmanlı imperiyasının məğlubiyyəti artıq heç kimdə şübhə doğurmadığından ingilislər zahirən çox təmkinli və lütfkar davranırdılar. Üç günlük intensiv danışıqlar oktyabrın 30-da 24 maddədən ibarət Mudros anlaşmasının imzalanması ilə nəticələndi.
“Malta sürgünləri” kitabının müəllifi, tanınmış türk diplomatı Bilal Şimşirin yazdığına görə, ingilislər ilkin mərhələdə əslində 4 maddənin qəbulu ilə kifayətlənmək istəyirdilər. Lakin türk heyətinin yumşaq və barışdırıcı mövqe tutması, britaniyalıların centlmenliyinə həddindən artıq güvənməsi nəticə etibarı ilə müttəfiqlərə gözlədiklərindən daha artıq uğur gətirmişdi.
Mudrosda imzalanan anlaşma əslində bir tərəfdən Osmanlı imperiyasının, o biri tərəfdən isə dövlət müstəqilliyini altı ay əvvəl elan edən, beynəlxalq miqyasda tanınmaq və möhkəmlənmək baxımından Anadolu türklərinə böyük ümidlər bəsləyən Azərbaycan Cümhuriyyətinin siyasi mövcudluğuna son qoyulması məqsədini daşıyırdı. Onu müəyyən mənada erməni iddialarının geniş meydan aldığı Sevr anlaşmasına hazırlıq mərhələsi kimi də səciyyələndirmək mümkün idi. Həqiqi türk vətənpərvəri olması və məmləkətin xilası naminə çalışması heç bir şübhə doğurmayan Rauf Orbay ingilislərlə təmas zamanı bunun fərqinə vara bilməmişdi. Əslində yaranmış vəziyyətdə nəyi isə dəyişdirmək də asan deyildi. “Vae victis!” (“Vay məğlubların halına!”) – Romanı məğlub edən qall sərkərdəsi Brennin bizim eradan əvvəl 390-cı ildə hayqırdığı bu acı həqiqət hər zaman olduğu kimi yenə də qüvvədə idi.
Bir neçə il sonra Atatürkün Cümhuriyyət hökumətində ilk baş nazir olacaq Rauf Orbay apardığı danışıqları və imzaladığı anlaşmanı öz dövrü üçün türk diplomatiyasının zəfəri sayırdı. Noyabrın 2-də “Yeni gün” qəzetinə verdiyi müsahibəyə “Anlaşmanı imzalamaq üçün İstanbuldan yola düşərkən bu günkü kimi qürur və sevinclə geri dönəcəyimizi heç ağlıma gətirmirdim” – sözləri ilə başlayan dənizçilik naziri daha sonra deyirdi: “İmzaladığımız anlaşma dövlətimizin müstəqilliyini, səltənətimizin mövcudluq haqqını xilas etmişdir. Sizi inandırıram ki, İstanbulumuza tək bir düşmən əsgəri də çıxmayacaq. Adana əvvəlki kimi Osmanlı idarəçiliyində qalacaq. Qars və Batum da hələlik boşaldılmayacaq. Anlaşma ümid etdiyimizdən də uğurludur”.
Lakin Rauf Orbayın bu sevinc dolu sözlərinin üstündən iki həftə keçməmiş, 1918-ci il noyabrın 13-də 55 gəmidən ibarət düşmən donanması İstanbulun düz ürəyində, Dolmabaxça sarayı önündə lövbər saldı. Türklər üçün ən təhqiramiz hal donanmanın tərkibində həm də 4 yunan gəmisinin olması idi. Şəhərə əsasən ingilis və fransızlardan ibarət 3500 nəfərlik hərbi qüvvə çıxarıldı. İki həftə öncə türk heyətinin məlumatlarında aşkar rəğbət, hətta heyranlıq hiss ilə “açıq sözlü, dürüst, geniş görüşlü, anlayışlı” dövlət adamı və hərbçi kimi qələmə verilən admiral Artur Qaltrop Britaniyanın İstanbuldakı yüksək komissarı kimi şəhərə daxil oldu.
“Mudros anlaşması” sülh müqaviləsi adlansa da, əslində onun məqsədi yaranmış vəziyyətdən istifadə edərək bir zamanlar qurduqları imperiyanı nəinki Afrikaya, hətta Avropanın mərkəzinə qədər genişləndirməyə nail olan türkləri cəzalandırmaq idi. Bunu yüksək rütbəli Britaniya hərbçiləri özləri də gizlətmirdilər. İngiltərənin Qara dəniz hərbi qüvvələrinin baş komandanı, general Georq Miln açıq mətnlə “Türklərə çox sərt bir dərs verməyin zəruri olduğunu” deyirdi. İstanbuldakı ingilis yüksək komissarının müavini admiral Riçard Vebb də həmkarının fikrinə şərik çıxaraq bu “dərsin verilməsini” iki istiqamətdə, yəni “həm türk imperiyasını parçalayaraq milləti cəzalandırma, həm də təqdim olunan siyahıdakı (söhbət Britaniya komandanlığının qərarı ilə həbsləri nəzərdə tutulan türk siyasətçilərindən və dövlət xadimlərindən gedirdi – V.Q.) yüksək vəzifəli şəxsləri tutub məhkəmə qarşısına çıxarmaqla ayrı-ayrı fərdləri cəzalandırma şəklində həyata keçirilməsini məqsədə uyğun saydığını” yazırdı.
Taleyin istehzasına bax ki, bir neçə ay sonra ingilislərin göz altına alaraq Malta adasına sürgün etdikləri türk hərbçiləri, siyasətçiləri və dövlət xadimləri arasında Mudros anlaşmasının imzalanmasını uğur sayan Rauf Orbay özü də olacaqdı...
1919-cu ilin ilk günlərindən etibarən ingilislər “cəzalandırma” ilə bağlı niyyətlərini reallaşdırmağa başladılar. Birincilər sırasında həbsi istənilənlər sırasına savaş zamanı ingilis hərbi əsirləri ilə pis davrananlar və erməni soyqırımında müqəssir sayılanlar daxil idi. Lakin Britaniya komandanlığının ortaya qoyduğu “qara siyahı” onu tərtib edənlərin daha əhatəli planlarından xəbər verirdi. Həmin siyahıda ilk üç yeri Bakının azad olunmasında və Azərbaycanda erməni zülmünə son qoyulmasında mühüm xidmətlər göstərmiş türk hərbçiləri – Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa (Batumda saxlandığı həbsxanadan qaça bildiyindən Malta sürgünündən də canını qurtarmışdı – V.Q,), onun silahdaşı, sonralar Bakı soyadını qəbul edən general Mürsəl Paşa, 9-cu Qafqaz ordusunun komandanı Şevqi bəy tuturdular. Bütünlükdə isə Osmanlı ordusunun səkkiz nəfər yüksək rütbəli zabitinin adı ilkin siyahıya salınmışdı.
Həm də bu sadəcə bir başlanğıc idi.
Müttəfiq qüvvələrin İstanbula daxili olduğu günlərdə Mustafa Kamal Paşa Suriya cəbhəsindən Sivasa gəlmişdi. Amma Qurtuluş Savaşı hələ başlanmamışdı. Osmanlı hökmdarı sultan VI Vəhdətəddin və hökumət ingilislərlə əməkdaşlıq yolunu tutmuşdu. Nəticədə vətənpərvər qüvvələrə qarşı vahid blok formalaşdırılmışdı. Təsadüfi deyil ki, ingilis komandanlığının həbsə almaq istədiyi türk hərbçiləri arasında adı ən başda gələnlərdən biri Mustafa Kamal Paşa idi. Əgər həmin günlərdə o, İstanbulda olsaydı, yəqin ki, hadisələr tamamilə fərqli ssenari üzrə davam edərdi...
Osmanlı imperiyasında mühüm siyasi proseslərin yaşandığı həmin günlərdə bir neçə ay sonra Malta sürgünlüləri sırasında yer alacaq Əhnəd Ağaoğlu öz tarixi vətənində idi. 1918-ci ilin iyununda, iki türk dövləti arasında əməkdaşlıq sazişi imzalanandan az sonra o, Qafqaz İslam ordusunun komandanı Nuru Paşanın siyasi müşaviri kimi Azərbaycana gəlmişdi. Müvəqqəti paytaxt Gəncədə həmişəki mətbuat vurğunluğu ənənəsinə sadiq qalaraq yalnız bir neçə sayı çıxan “Türk sözü” qəzetini təsis etmişdi. On illik məcburi fasilədən sonra yenidən, bu dəfə artıq azadlığına qovuşmuş xalqının ən fəal təmsilçi və söz sahiblərindən biri kimi meydana atılmışdı.
Türk qoşunlarının Bakıda qaldığı müddət ərzində Əhməd bəy sadəcə siyasi müşavirlik vəzifəsini aparmışdı. Azərbaycanın dövlət idarələri qurulub möhkəmləndikcə o, Türkiyənin bölgədəki gələcək yeri və rolu ilə bağlı baxışlarını da tədricən dəyişdirmişdi. İlkin mərhələdə, müvəqqəti paytaxt Gəncədəki hökumət böhranı zamanı qarşılıqlı münasibətlərlə bağlı yol verdiyi yanlış yanaşmalardan uzaqlaşmışdı.
Mudros anlaşması imzalanandan sonra da Əhməd Ağaoğlu tarixi vətənini tərk etməyə tələsməmişdi. Əksinə, indi fəaliyyətinə daha çox ehtiyac duyulduğunun fərqinə varmışdı. Rəsmi vəzifəsi olmasa da, hökumət zəngin bilik və təcrübəsinə arxalanaraq bir sıra mürəkkəb siyasi-diplomatik işləri ona həvalə edirdi. 1918-ci ilin oktyabr-noyabr aylarında Bakıdakı rus icması, habelə digər milli azlıqların nümayəndələri və müxtəlif siyasi qüvvələrin təmsilçiləri ilə danışıqları Əhməd Ağaoğlu aparmışdı.
Britaniya generalı V.M.Tomsonun başçılığı altında müttəfiq hərbi qüvvələrin sülh və asayişi mühafizə məqsədi ilə Bakıya çağırılması üçün eyni ilin noyabrında Ənzəli şəhərinə göndərilən nümayəndə heyətinə də Əhməd bəy rəhbərlik edirdi. Ə.Ağaoğlu, N.Yusifbəyli və M.Rəfiyevdən ibarət heyət türk ordusu Azərbaycanı tərk etdikdən sonra sabitliyin və təhlükəsizliyin təmin olunması üçün ingilislərin himayəsindən yararlanmağı məqsədəuyğun sayırdılar. Lakin bu ingilispərəst mövqe bir neçə ay sonra onların Əhməd bəyə tamamilə fərqli münasibət bəsləmələrinə əngəl törətməmişdi.
Noyabrda onun həyatında başqa bir mühüm yenilik baş vermişdi – ilk Azərbaycan Parlamentinin üzvü olmuşdu. 1914-cü ildə seçildiyi Osmanlı Məclisi-Məbusanında (Parlament) səlahiyyətləri davam etdiyindən türkiyəli tədqiqatçı Fəxri Sakalın da yazdığı kimi, tarixə eyni zamanda iki türk parlamentinin üzvü olan ilk və yeganə siyasi xadim statusu ilə daxil olmuşdu. Qərb dairələrində tanınmasını, Avropa dillərinə bələdliyini nəzərə alan Parlament onu Ə.Topçubaşovun rəhbərliyi ilə Parisə, Versal sülh konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin tərkibinə daxil etmişdi.
Nümayəndə heyəti 1918-ci il dekabrın 27-də İstanbula, oradan da Parisə getmək niyyəti ilə Bakıdan Batuma yola düşmüşdü. Rəsmi hökumət qəzeti “Azərbaycan”ın yazdığına görə ölkənin Avropaya göndərilən ilk mötəbər diplomatik heyətini uğurlamaq üçün yüzlərlə insan Bakı dəmiryol stansiyasının qarşısındakı meydana toplaşmışdı. Bu insan qələbəliyinin önündə çıxış edən Əhməd Ağaoğlunun atəşin nitqi çoxlarının gözünü yaşartmış, ürəyini sevinc və qürur hissi ilə doldurmuşdu.
Əhməd bəy özü isə Bakıdan bir qədər gec – 1919-cu il yanvarın 7-də ayrılmışdı. Və yəqin ki, ürəklərə müstəqilliklə bağlı sevinc və coşqunluq hissinin hakim kəsildiyi həmin anlarda bu ayrılığın əbədi olacağını ağlına da gətirməmişdi. İstanbula yanvarın 20-də çatmış, dərhal da nümayəndə heyətinin digər üzvləri ilə birlikdə Parisə viza almaq üçün sonu görünməyən çətin və usandırıcı mübarizəyə qoşulmuşdu. Bakıdan ayrılarkən ingilis generalı V.M.Tomsondan aldığı etimad məktubu Əhməd bəydə özünün daha şanslı mövqeyi, müəyyən maneələri daha tez aşa biləcəyi ilə bağlı ümidlər yaradırdı. Lakin tezliklə bu ümidlərin əsassızlığı üzə çıxdı.
İşğal altındakı İstanbulda tamamilə fərqli ab-hava vardı. Hətta nə qədər qəribə görünsə də, həmin dövrdə Bakı Osmanlı paytaxtından daha müstəqil və sərbəst idi. Burada nə qədər zəif olsa da, milli hökumət fəaliyyət göstərirdi. Osmanlı dövlətindəki sultan hakimiyyəti isə getdikcə daha çox görüntü xarakteri almaqda idi. Tədricən hər şey müttəfiq qüvvələrin, ilk növbədə isə ingilislərin nəzarətinə keçirdi. Onlar isə əsla çəkinmədən ölkənin iç işlərinə müdaxilə edir, müqavimət göstərə biləcək milliyyətçi qüvvələri, hərbçiləri və ziyalıları susdurmağın yollarını arayırdılar. Yuxarıda istinad etdiyim Bilal Şimşirin yazdığı kimi, “1919-cu ilin yanvar ayından ingilislər dayanmadan “qara listələr (siyahılar-V.Q)” hazırlayırdılar. “Qara listə” (“Black list”) anlayışı ilk dəfə rəsmən 1919-cu il yanvarın 17-də istifadəyə girmişdi”.
Seçilən tarix də təsadüfi xarakter daşımırdı. Çünki məhz həmin gün Böyük Britaniyanın İstanbuldakı keçmiş səfiri, Paris sülh konfransında İngiltərə nümayəndəsi Luis Mallet ölkəsinin xarici işlər nazirliyinə məktubunda erməni soyqırımında, erməni, yunan və xristian nestorilər, habelə hərbi əsirlərlə pis rəftarda suçlu bilinən türk rəsmilərinin cəzalandırılmasının zəruriliyi fikrini irəli sürmüşdü.
Tezliklə nəzərdə tutulan tədbirləri daha sürətlə və konkret həyata keçirmək üçün İstanbuldakı ingilis yüksək komissarlığında “Erməni-yunan bölməsi” (“Armenian-Greek Section”) adlı qurum yaradıldı. Kimlərin adının “qara siyahıya” salınmasını əsasən yerli erməni və yunanlardan ibarət həmin bölmə paytaxt və əyalətlərdən alınmış müraciətlər əsasında müəyyən edirdi. Ümumi rəhbərliyi isə 1899-1914-cü illərdə Britaniya xüsusi xidmət orqanlarının əməkdaşı kimi Türkiyədə çalışan və ölkəyə kifayət qədər yaxşı bələd olan Andre Ryan həyata keçirirdi.
Türkiyənin gələcək xilaskarı, Qurtuluş Savaşının öndəri Mustafa Kamal Paşanın, eləcə də onun ən yaxın silahdaşlarının (İsmət İnönü, Kazım Qarabəkir Paşa) adları da 1919-cu il fevralın 28-də hazırlanan “böyük qara siyahıda” özünə yer almışdı. Sadəcə bürokratik yazışmalar, eləcə də “siyahıların” müxtəlifliyi və çoxluğu ona vaxtında Anadoluya çıxmaq və müstəqillik mübarizəsini başlatmaq imkanı yaratmışdı.
Britaniya yüksək komissarlığı ilkin mərhələdə ingilis müharibə əsirləri ilə pis rəftarda suçlu bildikləri türk hərbçilərinin saxlanmasına daha böyük önəm verirdilər. Bu məqsədlə də 1919-cu il yanvar-fevral aylarında həbs olunaraq Bəkir ağa bölüyü adı ilə tanınan keçmiş əsgəri qışlaya gətirilənlərin arasında ordu komandanları və generallar daha çox idi. Təkcə yanvar ayında 40 nəfərə qədər hərbçi həbs olunmuşdu. Fevralın ilk günlərində daha 23 nəfərin həbsi ilə bağlı vəsatət qaldırılmışdı.
Hərbçilərin ardınca növbə keçmiş hökumət üzvlərinə, valilərə, millət vəkillərinə, aparıcı qəzet və jurnalların redaktorlarına, tanınmış ziyalılara çatırdı. Onlar əsas etibarı ilə milli ayrı-seçkilik təbliğatında, erməni və yunan düşmənçiliyində, soyqırımı siyasətinin təşviqində günahlandırılırdılar. Türk ictimai fikrinin və mədəniyyətinin inkişafına böyük töhfələr vermiş Ziya Göyalp və Əhməd Ağaoğlu kimi açıq görüşlü, mütərəqqi fikir adamlarının da adı həmin siyahıda özünə yer almışdı.
1919-cu il martın 4-də Türkiyədə Fərid Damad Paşa hökumətinin iqtidara gəlməsi ingilislərin başlatdıqları “insan ovunun” (Bilal Şimşir) əhatə dairəsini daha da genişləndirdi. Martın 9-da Britaniya yüksək komissarının müavini admiral Vebblə görüşən yeni sədrəzəm “qara siyahıdakı” şəxslərin axtarılıb tapılması və həbsi ilə bağlı işlərin sürətləndiriləcəyini vəd etmişdi. Bunun ardınca həqiqətən də ertəsi gün aralarında keçmiş baş nazir Sait Həlim Paşa, keçmiş xarici işlər naziri Əhməd Nəsimi bəy, keçmiş maliyyə naziri Şükrü bəy, keçmiş ədliyyə naziri İbrahim Pirizadə, şeyxülislam Musa Kazım Əfəndi və başqa tanınmış ictimai-siyasi xadimlərin olduğu daha 20 nəfər tutularaq Bəkir ağa bölüyünə gətirilmişdi.
Əhməd Ağaoğlunun sırası da bu zaman gəlib çatmışdı. Yeni qurbanın adına ilk dəfə admiral Vebbin Britaniya xarici işlər nazirliyinə 7 aprel 1919-cu il tarixli şifrəli teleqramında təsadüf olunur. Həmin sənəddə o, “Əhməd Ağaoğlu – Əhməd Ağayev. Almanların adamı. “Tərcümani-həqiqət” qəzetində soyqırımı təşviq və müdafiə edən şəxs” kimi təqdim edilirdi. Göründüyü kimi, Əhməd bəyin üzərinə qoyulan ittihamlar kifayət qədər sərt və ağır idi. Onu həm müttəfiqlərin düşməni sayılan almanlarla işbirliyində, həm də Azərbaycan və Türkiyədə uydurma erməni soyqırımının təşviqində və ideoloji əsaslarının hazırlanmasında günahlandırırdılar.
İstanbulda döndüyü ilk gündən göz altında saxlanan Əhməd Ağaoğlu 1919-cu il martın 25-də həbs edilmişdi. Əslində o, daha tez, sədrəzəm Damad Fərid Paşanın admiral Vebblə görüşündən dərhal sonra, martın 10-da tutulub Bəkir ağa bölüyünə aparılmalı idi. Lakin həmin günlərdə İstanbulda tüğyan edən ispan qripinə yoluxması və yatağa düşməsi həbsinin iki həftə ləngiməsinə səbəb olmuşdu.
Övladlarının da xatirələrindən göründüyü kimi, türk polisi Əhməd bəy və ailəsi ilə insaflı davranmışdı. Onu xəstə yatağından məhbəsə aparmamışdılar. Evini nəzarətə götürmüş, vəziyyətinin yaxşılaşmasını gözləmişdilər. Səməd Ağaoğlu “Atam” adlı xatirələrində yazırdı: “Anam eşmə bığlı polis komissarına “yorğunluğunu canından çıxarmaq üçün” bir fincan qəhvə təklif edərək “Oğlum, qoy sağalsın, ondan sonra götürüb aparın, heç bir sözün yoxdur” – deyəndə komissar gözlərini yerə dikib “Nə edim, abla, nə edə bilərəm? Mən əmr quluyam”- cavabını vermişdi. Bildik ki, atam ölümdən qurtarsa belə yanımızda qalmasına izin verməyəcəklər”.
Bu, çar xəfiyyələrinin daim təqib altında saxlasalar da məhbəsə atmadıqları Əhməd bəyin Türkiyədə üzləşdiyi üçüncü həbs idi. Biri-birinin ardınca 1912-ci ildə iki dəfə tutulması mətbuat fəaliyyəti ilə bağlı olmuşdu. Birinci dəfə üç ay, ikinci dəfə isə üç gün cəza evində saxlanmışdı. Əvvəlki həbs təcrübələri Əhməd bəyə bu dəfə daha ciddi ittihamlarla üzləşəcəyini təlqin edirdi.
Aparıldığı Eminönü polis müdirliyində ona “dövlətin şərəfinin və özünün şəxsi təhlükəsizliyinin qorunması” üçün tutulduğunu bildirmişdilər. Lakin Əhməd bəy deyilənləri ciddiyə almamışdı. Vəziyyətin əsl ağalarının müttəfiq qüvvələr olduğunu bildiyindən onların nümayəndəsinin gəlməsini və həbsinin səbəbini açıqlamasını tələb etmişdi. Polis müdirliyinə çağırılan fransız zabiti İstanbuldakı Fransa qüvvələrinin baş komandanı general Fransua de Eşperenin əmri ilə həbs edildiyini bildirmişdi. Onu fransızların göstərişi ilə (görünür, bu həm də müəyyən mənada Əhməd bəyin “Fransa keçmişi” ilə bağlı idi) həbs etsələr də, tezliklə nəzarət bütünlüklə ingilislərin əlinə keçmişdi. Şəhərdəki fransız hərbi qüvvələri dustaqların Maltaya aparılmasına da postfaktum, yəni gəmi limanı tərk edəndən sonra öyrənmişdilər.
Polis məntəqəsindəki qısa sorğu-sualdan sonra onu əvvəlki məhbusluq təcrübəsindən yaxşı tanıdığı yerə – Bəkir ağa bölüyünə aparmışdılar. “İttihad və Tərəqqi” partiyasında birgə fəaliyyət göstərdiyi həmfikirlərinin çoxu artıq burada idi. Onlar Əhməd bəyi həbsxana mühitinə xas olmayan bir tərzdə – zarafat və atmacalarla qarşılamışdılar: “Yahu, haradasan? Gözləməkdən gözümüzün kökü saraldı ki ?” – deyə gülüşmüşdülər. Hansı kamerada saxlanacağı müəyyənləşəndən sonra Əhməd bəy dərhal kağız və qələm tələb etmiş, əsassız həbsi ilə əlaqədar müttəfiq qüvvələrin yüksək komissarlığına şikayət ərizəsi yazmağa başlamışdı.
Çox maraqlıdır ki, günahsız yerə həbsə atılan bir sıra Azərbaycan ziyalılarının 1937-ci ildə üzləşdikləri anormal halla – istintaqın erməni millətindən olan müstəntiq tərəfindən aparılması ilə Əhməd bəy təxminən iyirmi il əvvəl İstanbulda qarşılaşmışdı. Lakin burada cəza maşını hələ Sovet İttifaqındakı kimi mükəmməl və amansız şəkildə işləmədiyindən o, Misak Kirazyan adlı həmin erməninin suallarına sayğısız cavablar vermiş, müstəntiqin özünü ittiham etməkdən çəkinməmişdi.
Bəkir ağa bölüyü klassik mənada həbsxana deyildi. Rəhbərlik, ilk növbədə isə Sürəyya Ağaoğlunun öz xatirələrində “yaxşı adam” kimi qiymətləndirdiyi rəis Əli bəy taleyin hökmü ilə burada kimlərin və kimlər tərəfindən dörd divar arasında saxlandığını yaxşı bilirdi. Ona görə də əksəriyyəti türk millətinin qaymağı sayılacaq məhbuslarla nəzakətlə davranır, mümkün qədər qayğı və diqqət göstərirdilər. Digər tutuqlular kimi Əhməd bəy də ailə üzvləri ilə çox vaxt saxlandığı iki nəfərlik kamerada görüşür, burada saatlarla baş-başa qala bilirdilər. Cərəyan edən hadisələrdən vaxtlı-vaxtında xəbər tutmaq, mətbuatı ardıcıl şəkildə izləmək imkanı da vardı.
Ona görə də Əhməd Ağaoğlu həbsi ilə əlaqədar İstanbul qəzetlərində gedən yazıları zamanında oxuyur, lazım biləndə hətta onlara cavab verirdi. 1933-cü ildə Malta xatirələrini ayrı-ayrı təfriqələr halında çap etdirərkən fransız dilli “İstanbul” qəzetinin şəxsi ilə bağlı kəskin hücumlarını və bu hücumlara “Courrer de Turquie” qəzeti vasitəsi ilə verdiyi eyni dərəcədə kəskin cavabı yada salmışdı.
Məhbəs günləri biri-birini əvəz edirdi. Bəkir ağa bölüyünün məcburi sakinləri taleyin onlara hansı zərbələr hazırladığını düşünərək Vətənin və millətin ağır günündə fəaliyyətsiz qalmanın əzablarını yaşayırdılar. Hamısı özlərini günahsız sayırdı, sadəcə olaraq vicdanlarının təlqin etdiyi və üzərlərinə düşən vəzifələri yerinə yetirdiklərini düşünürdülər. Açıq məhkəmə önündə dayanmağa, təqsirsizliklərini sübuta yetirməyə, bir sözlə, qanun çərçivəsində mübarizə aparmağa hazır idilər.
Nahaq yerə həbsə atılmalarına baxmayaraq onların hər biri, eləcə də Əhməd bəy hələ də sultan hökumətinin vətənpərvərlik, milli və dini heysiyyət hisslərini sona qədər itirmədiyinə inanırdılar. Hökumətin özünün say-seçmə vətəndaşlarını heç bir vəchlə müstəmləkəçi ingilislərə, yaxud fransızlara təslim etməyəcəyini düşünürdülər. Əhməd Ağaoğlu xanımından “Bunlar sizi ingilislərə verəcəklər” – sözlərini eşidərkən bunu özünə və türk millətinə qarşı təhqir kimi qarşılamış, üsyana qalxmışdı. “Heç zaman ola bilməz. Əgər günahımız varsa, cəzamızı burada çəkəcəyik. Lakin öz hökumətimiz sənin dediyin işi heç zaman eləməz. Ən pis halda Anadoluya, ya da başqa bir yerə sürgün edərlər. Belə olsa, bizim üçün daha yaxşı” – demişdi.
Lakin hadisələr get-gedə gözlənilməz xarakter almağa başlamışdı. Müttəfiq qüvvələrlə sultan hökumətinin birgə razılığı əsasında qurulan və saxta erməni soyqırımından suçlu sayılanların işinə baxan Kürd Mustafa Paşa məhkəməsi kifayət qədər sərt qərarlar vermək niyyətində olduğunu ortaya qoymuşdu. Həmin məhkəmənin hökmü ilə 1919-cu il aprelin 8-də İstanbul yaxınlığındakı Boğazlayan qəsəbəsinin qaimməqamı Kamal bəy uydurma erməni qırğınından suçlu bilinərək asılmaqla edam cəzasına məhkum edilmişdi. Hökm iki gün sonra İstanbulun mərkəzindəki Bəyazid meydanında, xalqın gözü qarşısında yerinə yetirilmişdi.
“Müsəlmanlar ağlayırdı. Bütün ermənilər tamaşaya gəlmişdilər. Padşahın edam fərmanında “İsəviyətin mühribi (xristianların düşməni – V.Q.) Kamal” deyilirdi. Əcəba, bu sözlər papaz (keşiş – V.Q.) Frunun təlqini iləmi yazılmışdı?” – deyə Əhməd bəy aradan on dörd il keçəndən sonra qələmə aldığı “Mütarikə və Malta sürgünü” adlı xatirələrində yaxın keçmişin hadisələrinə qayıdaraq soruşurdu. Aydınlıq üçün qeyd edim ki, adı keçən keşiş Fru (Robert Frew) şotland əsilli ingilis presvetrian missioneri və gizli xidmət əməkdaşı idi. Öz erməni sevgisi və türk düşmənçiliyi ilə tanınırdı.
Kamal bəy həyatının son günlərinə qədər Əhməd Ağaoğlu ilə eyni kameranı bölüşmüşdü. “Atamın yanındakı taxtda Boğazlayan qaimməqamı Kamal bəy yatırdı, – deyə qızı Sürəyya Ağaoğlu “Bir ömür belə keçdi” kitabında yazırdı. – Gəlişlərimizin birində taxtı yerində görmədik. Bütün bölük matəm içində idi. Kamal bəyi soruşanda özünü pis hiss etdiyindən xəstəxanaya aparıldığını dedilər. Ertəsi gün Tezerlə ( Əhməd bəyin kiçik qızı Tezer (Təzəxanım) Taşkıran nəzərdə tutulur – V.Q.) məktəbə gedərkən Kamal bəyin Bəyazid meydanında asıldığını gördük”.
Edam kürsüsündə üzünü xalqa tutaraq günahsız olduğunu və hökumət tərəfindən “əcnəbi dövlətlərə yarınmaq üçün asıldığını” deyən Kamal bəy əslində ölümü ilə digər məhbəs yoldaşlarından bəzilərinin taleyini dəyişdirdi. Onun dəfni xalqın qəzəb və hiddətinin nümayişinə çevrildi. Minlərlə adamın qatıldığı cənazə mərasimi ermənilərə, eləcə də onların avropalı himayədarlarına mesaj idi. Məhkəmə artıq əvvəlki kimi kefi istədiyi qərarlar çıxara bilməyəcəkdi. Həm oyuncaq vəziyyətə düşmüş Osmanlı hökuməti, həm də müttəfiq qüvvələr hadisələrin bundan sonra da əvvəlki ssenari üzrə davam etdirilməsinin mümkünsüzlüyünü anlayırdılar.
Rauf Orbayla birlikdə Mudros anlaşmasına imza atmış ingilis yüksək komissarı admiral Qaltrop edamdan bir həftə sonra Britaniya Forin Ofisinə göndərdiyi şifrəli teleqramda Kamal bəyin sadə insanlar arasında “haqlı bir davanın ilk şəhidi” kimi məşhurlaşmasından, möhtəşəm cənazə mərasiminin hökuməti və sədrəzəmi qorxuya salmasından, iştirakçıların “müsəlman xalqın mütləq əksəriyyətinin fikir və hisslərinin tərcümanı” olmasından bəhs etmişdi. Belə şəraitdə Britaniya rəsmi dairələri çıxış yolunu Bəkir ağa bölüyündə saxlanan dustaqları mümkün qədər tez bir zamanda Osmanlı imperiyası hüdudlarından kənara çıxarmaqda görürdü. Doğrudur, bunun ardınca hansı addımların atılacağı ilə bağlı suallar hələlik açıq qalırdı. Eyni zamanda insanların məhkəməsiz sürgünə göndərilməsi də ortaya bir sıra ciddi anlaşılmazlıqlar çıxarırdı. İstənilən halda ingilislər həbs etdikləri şəxslərin bundan sonra da İstanbulda saxlanmasının ortaya ciddi problemlər çıxaracağının fərqində idilər.
Onlar prosesin Britaniyanın adı ilə bağlanmasını istəmirdilər. Bunun yaxşı heç bir şey vəd etmədiyini anlamaq üçün böyük ağıl tələb olunmurdu. Eyni zamanda sultan hökumətinin çətiri altında aparılan, lakin hökmü ingilislərin verdiyi məhkəmənin sərt qərarlar çıxarmasının təhlükəliliyi də göz önündə idi. Vəziyyətin həssaslığını Bəkir ağa bölüyünün məcburi sakinləri daha yaxşı hiss edirdilər. Ona görə də 1919-cu il mayın 17-də məhkəmə önünə çıxarılan Ziya Göyalp hakimlərə meydan oxuyaraq “Millətimizə böhtan atmayın. Türkiyədə erməni soyqırımı olmayıb. Burada türk-erməni müharibəsi gedib. Onlar bizi arxadan vurdular, biz də onları vurduq” – deməyi mümkün saymışdı.
(Ardı var)
Vilayət QULİYEV

Bu xəbər oxucular tərəfindən 2261 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |