13.04.2012 [15:43] - Türk dünyası-Turan
Azərbaycan diasporasının xaricdə ölkəmizi necə təmsil etdiyindən xəbərdar olmaq üçün diasporalarımızın fəaliyyət göstərdikləri ölkələrdə yaşayan Türk millətçilərindən suallarımızı cavablandırmalarını istədik və ilk olaraq təbii ki, qardaş Türkiyədən başladıq. Müsahibimiz Türkiyənin Safranbolu vilayətində yaşayan, Türkçü-Turançı kimliyi ilə ölkəmizdə də tanınan Hasan Muratdır:
- Hasan bəy, Avroviziya müsabiqəsinin Azərbaycanda keçirilməsi nə kimi üstünlüklər vəd edir?
-Təbii ki, bu müsabiqənin Azərbaycanda keçiriləcək olması Türk dünyası üçün bir üstünlükdür. Bilirsiz, biz həm öz mədəniyyətimizi tanıtmış olarıq həm də Qarabağ kimi bir məsələdə əslində haqlı olduğumuzu, Xocalıda həqiqətən bir qırğın yaşandığını gələn insanlara izah edib dəlil göstərmə kimi bir şansımız olacaq.
-Bunun Türk dünyasına mənfi və müsbət təsiri necə olacaq?
-Digər məzlum Türk əllərinin də təmsiledilməsi halında onlar tək olmadıqlarını biləcəklər. Tatarıstan, Krım, Dağıstan, Abxaziya kimi müstəqillik mübarizəsi verən Türk dövlətlərinə çoxlu mesajlar verilə bilər.
-Yaşadığınız ölkədə azərbaycanlıların hüquqları necə qorunur?
-Türkiyədə təəssüf ki, var olan iqtidar sayəsində heç bir Türkün haqqı və hüququ qalmayıb. Türkiyə Ermənistan matçında Azərbaycan bayrağı açılmasını qadağan edən bir zehniyyət var bu ölkədə ...
-Azərbaycan diasporasının fəaliyyəti necə? Hiss olunurmu?
-Xocalı qırğınının ildönümündə Azərbaycan Türkləri diasporu və Türk millətçilərinin ortaq şəkildə qatıldığı tədbirlərdə görüldü ki, bu ölkədə səssiz bir əksəriyyətin ürəyi sizinlə birlikdə atmaqdadır. Bu da Azərbaycan diasporasının yaxşı işlədiyini göstərə bilən bir sübut ola bilər bizlərə.
Bu yönümdə çox fəaliyyətlər var. Müxtəlif konsertlər və dəyişik tədbirlər təşkil edilir. Hamısını izləmək mümkün deyil, amma Ankara və İstanbulda yaşayan Azərbaycan Türklərinin gözəl fəaliyyətləri olduğunu söyləyə bilərəm.
Özümə gəlincə, Turancı-Türkçü bir düşüncəyə sahibəm.Din bağından əvvəl qan bağının əhəmiyyətli olduğunu düşünürəm.
Nigar/"Vətəninfo"

Bu xəbər oxucular tərəfindən 1246 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |