23.02.2017 [10:05] - Siyasət, Mədəniyyət
Küveytin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Dövlət müstəqilliyinin 56-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.
Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi çıxış edərək tədbirin, eyni zamanda, Küveyt Dövlətinin azadlıq bayramının 26-cı ildönümünə həsr olunduğunu bildirib.
Səfir ölkəsinin keçdiyi inkişaf yolundan söhbət açıb, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulayıb.
Diplomat dost ölkələr olan Küveyt ilə Azərbaycan arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək deyib ki, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər ikitərəfli münasibətlərin daha sürətlə inkişafına əlverişli zəmin yaradır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əlamətdar gün münasibətilə Küveyt xalqını Azərbaycan hökuməti adından təbrik edib, xoş arzularını çatdırıb.
Nazir qeyd edib ki, Azərbaycan ilə Küveyt arasında müxtəlif sahələri əhatə edən əlaqələr uğurla inkişaf edir. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Ə.Qarayev dost ölkə Küveytin Azərbaycan ilə ikitərəfli və beynəlxalq səviyyədə əməkdaşlıq etdiyini söyləyib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunduğunu diqqətə çatdıran nazir bu ildə hər iki ölkə arasında münasibətlərin daha da möhkəmlənəcəyini və dərinləşəcəyini deyib.
Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, səfirlər, beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Bu xəbər oxucular tərəfindən 424 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |