13.04.2012 [15:55] - Güney Azərbaycan xəbərləri
Təbriz məhkəməsinin 106-cı şöbəsi azərbaycanlı faəl Həsən Ərki 50 zərbə şallağa məhkum edib.Həsən Ərk İslam Cümhuriyyətinin rəhbəri və Şərqi Azərbaycan əyalətinin polis qüvvələrinə qarşı böhtan deməkdə ittiham edilərək, dəfələrlə mühakimə olunub və nəhayət 50 zərbə şallağa məhkum edilib.Həsən Ərkin barəsində irəli sürülən ittihamlar, onun vaxtı ilə GünAz TV ilə danışığı və həmmin danışıqda işarə etdiyi məqamlarla bağlıdır. Ərkin vəkili bəyan edib ki, müvəkkili barədə çıxarılan qərarın heç bir qanuni izahı yoxdur. Ona görə ki, Ərkin işarə etdiyi məqamlar mətbuatda yayılıb və o, mətbuata istinadən danışıb.Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal GünAz TV ilə danışıqdan sonra tutuqlanıb və təxminən 40 gün Təbriz ETTELAATının (İran Kəşfiyyat Nazirliyi) təcridxanası və mərkəzi zindanda saxlanıldıqdan sonra, mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.
Bu xəbər oxucular tərəfindən 1493 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |