Şrift:
Avropa Liqası: “Krasnodar”, “Şalke” və “Mançester Yunayted” növbəti mərhələdə
23.02.2017 [10:05] - İdman
Bu gün futbol üzrə UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start verilib.

İki gün davam edəcək mərhələnin ilk oyun günündə 3 qarşılaşma keçirilib.

İstanbulda “Fənərbağça” Rusiyanın “Krasnodar” komandasını qəbul edib və oyun 1:1 hesabı ilə başa çatıb. Öz meydanında Türkiyə təmsilçisi üzərində 1:0 hesablı qələbə qazanmış “Krasnodar” səkkizdəbir finala vəsiqə qazanıb.

Almaniyanın “Şalke” və İngiltərənin “Mançester Yunayted” klubları da növbəti mərhələyə keçən tərəf olublar. Bu klublar müvafiq olaraq PAOK (Yunanıstan) və “Sent Etyen”i (Fransa) mübarizədən kənarlaşdırıblar. “Şalke” öz meydanında Yunanıstan klubunun müqavimətini qıra bilməsə də (1:1), səfərdə qazandığı 3:0 hesablı qələbə sayəsində növbəti mərhələyə adlayıb. “Mançester Yunayted” isə öz meydanında olduğu kimi (3:0), səfərdə də “Sent-Etyen”i məğlub edib – 1:0.

Mərhələnin digər görüşləri fevralın 23-də keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 442 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed