13.04.2012 [17:27] - Siyasət
Türkiyədə 1997-ci il 28 fevral (February) müasir hərbi çevrilişin mühakiməsi başlamdı.
Türkiyədə 1997-ci il fevralın 28-də qəbul edilən qərarlar istiqamətində başlayan və Nəcməddin Ərbakanla Tansu Çillerin qurduğu koalisiya (etilaf) hökumətinin istefası ilə nəticələnən “müasir” hərbi dövlət çevrilişi mühakimə olunur. Xüsusi statusa malik respublika (cümhuriyyət) prokuroru (dadistan) Mustafa Bilgilinin tələbi ilə Ankara 11 saylı ağır cinayətlərə dair məhkəmə 31 yüksək rütbəli hərbçi və bürokrat barəsində “Türkiyə respublikasının hökumətini yıxmağa və ya vəzifəsini icra etməyə mane olmağa qismən və ya tamamilə cəhd” ithamı ilə saxlanılma və axtarış qərarı verib. Artıq o dövrün 2-ci baş qərargah rəisi general Çevik Bir olmaqla 27 nəfər saxlanılıb, 3 nəfərin isə xaricdə olduğu bildirilir. Barəsində iddia qaldırılanlar arasında 5 general, 18 polkovnik (sərhəng), 2 mayor (minbaşı), 3 kapitan, 3 serjant (qruhban) var.
Xatırladaq ki, 1997-ci il fevralın 28-də keçirilən Milli Təhlükəsizlik Şurasının (MGK) qərarları o dövrün “Refah-Yol” hökumətinə bildirildi. Qərarda dünyəvi (laik) sistem üçün qərarların icrası tələb olunaraq, “təriqət məktəbləri nəzarətə götürülməli, Təhsil nazirliyinin nəzarətinə verilməli, 8 illik təhsil sisteminə keçilməli, Quran kursları nəzarətə götürülməli, vahid təhsil sistemi icra edilməli, təriqətlər bağlanmalı, irtica səbəbilə ordudan qovulan hərbçiləri müdafiə edən və ordunu din düşməni kimi göstərən mətbuat nəzarətə götürülməli, geyim qanununa riayət edilməli, kəsilmiş qurbanların dəriləri dərnəklərə verilməməli, Atatürkün əleyhində olan bütün işlər cəzalandırılmalıdır!” – deyilirdi.
Fevralın 28-də başlayan bu proses eyni il iyun (June) ayının 18-də baş nazir Nəcməddin Ərbakanın istefası ilə nəticələndi. Hökuməti yenidən qurmaq vəzifəsinin parlamentdə millət vəkili sayına görə 2-ci partiyanın (DYP) sədri olan Tansu Çillerə verilməsi gözlənilsə də dövrün prezidenti Süleyman Dəmirəl iyunun 19-da bu vəzifəni ANAP (Ana vətən partiyası) sədri Məsud Yılmaza vermişdi. M. Yılmaz isə iyunun 30-da “Anasol-D” hökumətini qurmuşdu.
Qeyd edək ki, hazırda bu istintaq çərçivəsində saxlanılan general Erol Özkasnak iştirak etdiyi TV proqramında bu prosesin “müasir” hərbi dövlət çevrilişi olduğunu etiraf etmiş, general Çevik Bir isə bu prosesin “Min il” davam edəcəyini demişdi. “Taraf” qəzetinin redaktoru Mehmet Baransu isə “28 fevral” istintaqı çərçivəsində 9-cu prezident Süleyman Dəmirəlin də mühakimə olunacağını iddia edib.

Bu xəbər oxucular tərəfindən 1428 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |