Şrift:
OPEC mayda neftin qiyməti ilə bağlı iclas keçirəcək
23.02.2017 [15:19] - İqtisadiyyat
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) mayda neftin qiymətinin vəziyyəti ilə bağlı iclas keçirəcək.

Bu barədə Qətərin energetika naziri Məhəmməd əl-Səda deyib.

Nazir OPEC-in may ayında keçirəcəyi iclasda kartelə üzv ölkələrin neft hasilatının azaldılması sazişinin müddətini uzadıb-uzatmayacağı barədə danışmağın hələ ki, tez olduğunu bildirib: “İclasda əsas müzakirə mövzusu qlobal ehtiyatlar və neft hasilatının azaldılmasının son beş ilin proqnozlarına uyğunluğu olacaq. Bazarda sabitliyin yaranıb-yaranmadığını görmək üçün bu çox mühüm məsələdir”.
Bu xəbər oxucular tərəfindən 506 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed