Şrift:
Hillari Klinton siyasətdən getmək fikrindədir
12.10.2011 [19:54] - Siyasət
ABŞ dövlət katibi Hillari Klinton Barak Obamanın prezidentlik müddəti başa çatdıqdan sonra siyasətdən getmək fikrindədir.

Bu barədə Klinton çərşənbə axşamı "Associated Press" agentliyinə verdiyi müsahibəsində bildirib. O, Obamanın 2012-ci ildə keçiriləcək seçkilərdə ikinci dəfə bu posta seçiləcəyinə ümid etdiyini bildirib. Lakin özünün gələcəkdə hansısa hökumət, yaxud seçkili siyasi posta can atmadığını qeyd edib.

"Mən şəxsi həyata qayıtmaq istərdim", - Klinton qeyd edib.

Bundan əvvəl o, nə 2012-ci ildə, nə də sonralar prezident postu uğrunda mübarizə aparmaq niyyətində olmadığını bəyan etmişdi.

Oktyabrın sonlarında Hillari Klintonun 64 yaşı tamam olur. O, senator olub, 2008-ci ildə Demokratlar Partiyasından prezident postu uğrunda mübarizədə iştirak etsə də, seçkilərdə Barak Obamaya uduzub.
Bu xəbər oxucular tərəfindən 1443 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed