24.02.2017 [10:38] - İdman
Fevralın 23-də Bakı İdman Sarayında gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib.
Açılış mərasimində çıxış edən Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov, Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb, atletlərimizin beynəlxalq arenalarda qazandıqları nailiyyətlər barədə məlumat veriblər. Ölkəmizdə idman siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdıran natiqlər hazırda bu ənənənin uğurla davam etdirildiyini vurğulayıblar. Bildirilib ki, dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idman sürətlə inkişaf edir. Məhz Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər Bakı dünyanın idman mərkəzlərindən birinə çevrilib.
Çıxışlarda Azərbaycanda güləşin də inkişafının diqqət mərkəzində olması məmnunluqla qeyd edilib. Bildirilib ki, ötən il Azərbaycan güləşi üçün uğurlu olub. Güləşçilərimiz qatıldıqları beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edərək medallar qazanıblar. Ötən il dünyanın ən yaxşı sərbəst və yunan-Roma güləşçisinin Azərbaycan idmançıları olması da Azərbaycanda idmanın, o cümlədən güləşin sürətlə inkişaf etdiyini göstərir.
Sonra Azərbaycanın Respublikasının dövlət himni səsləndirilib və yarış açıq elan olunub.
Yarışın keçirilməsində məqsəd ölkəmizdə güləşin təbliğinə və inkişafına nail olmaq, respublikamızda fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafatçılar sırasında yer alan idmançıları yığma komandalara cəlb etməkdir.
Dünya Güləş Birliyinin mövcud qaydaları əsasında təşkil olunan turnir şəxsi xarakter daşıyır. Yarışa klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1997-1999-cu il təvəllüdlü idmançılar qatılıblar.
İki gün davam edəcək birincilikdə 500-dək güləşçi mübarizə aparır. Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə təltif olunacaq və yığma komandanın heyətinə cəlb ediləcəklər.
Fevralın 23-də sərbəst, 24-də isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

Bu xəbər oxucular tərəfindən 536 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |