24.02.2017 [10:41] - İqtisadiyyat
SOCAR-ın “Azneft” İstehsalat Birliyinin aparıcı neft və qazçıxarma idarələrindən biri olan “Abşeronneft” NQÇİ-nin kollektivi 2016-cı ildə son illərin illik rekord hasilat göstəricinə nail olub.
SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, NQÇİ-də ötən il ərzində proqnozda nəzərdə tutulan 313 min 900 tona qarşı 363 min 671 ton neft (115,9 faiz ) hasil edilib. İdarənin kollektivi bu tendensiyanı cari ildə də davam etdirmək niyyətindədir.
İdarədə 2017-ci ildə görüləcək işlərə həsr olunmuş müşavirədə çıxış edən “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov “Abşeronneft” NQÇİ-nin kollektivini əldə etdikləri uğura görə təbrik edib. İdarənin rəisi Şahmar Hüseynov 2017-ci il ərzində planlaşdırılan işlər haqqında geniş məlumat verib, bildirilib ki, hasilatın qorunub saxlanılması və artırılması istiqamətində bütün lazımi tədbirlər görüləcək. NQÇİ-də 2017-ci ildə 40 yeni quyunun təhvil verilməsi planlaşdırılır, hazırda 8 quyu mənimsəmədədir. Cari ildə 12 quyunun yan lülə kəsilişi ilə qazılmasının planlaşdırıldığı, nəticədə 1808 ton əlavə neft alınmasının proqnozlaşdırıldığı bildirilib. Hasilatın artırılması məqsədilə “Abşeronneft” NQÇİ-də bu il həmçinin mövcud infrastrukturun təkmilləşdirilməsi, yeni obyektlərin tikintisi istiqamətində genişmiqyaslı tədbirlərin görüləcəyi diqqətə çatdırılıb. Belə ki, 16 quyuluq 730 və 10 quyuluq 760 nömrəli stasionar dəniz özüllərinin tikintisi, 340, 570, 100, 250 stasionar dəniz özüllərinin və 50 nömrəli estakadayanı meydançanın əsaslı təmir edilməsi nəzərdə tutulur.
Müzakirələrdə 562-401 nömrəli meydançalararası estakadadan imtina olunaraq texnoloji xətlərin suyun altından keçirilməsi qərarlaşdırılıb, 11 nömrəli baza meydança ilə 4 nömrəli özülün arasındakı estakadanın əsaslı təmir olunması, yeni xilasedici qayıqların, hasilatın artırılması üçün xüsusi dərinlik nasoslarının alınmasına müvafiq göstərişlər verilib. “Gürgan” və “Qərbi Abşeron” yataqlarının ehtiyat qalıqlarının yenidən qiymətləndirilməsinin həyata keçirilməsi razılaşdırılıb.
İdarənin aparıcı mütəxəssislərinin fikirlərini dinləyən “Azneft” İB-nin baş direktoru D.İskəndərov mövcud problemlərin aradan qaldırılması ilə bağlı göstərişlər verib. Müşavirə iştirakçıları “Abşeronneft” NQÇİ tərəfindən Pirallahı adasında həyata keçirilmiş ekoloji tədbirlər, eləcə də tikintisi başa çatmaqda olan yeni neft yığım parkında görülən işlərlə yaxından tanış olublar.

Bu xəbər oxucular tərəfindən 550 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |